Ev skrabların hazırlanması. RESEPTLƏR

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1271
Paylaş:
Səs ver:
(səs: 0)
Üz dərisinin cavanlığını qoruyub saxlamaq üçün dərini onun səthində yığılan çirk və ölmüş hüceyrələrdən daim təmizləmək lazımdır.

Bu dərinin oksigen və vacib maddələrlə təmin olunmasını yaxşılaşdırır ki, dəri daha sağlam və cavan görünür. Digər tərəfdən skrablardan sonra istifadə olunan istənilən kremlər və maskalar dəriyə daha yaxşı hopulur və daha güclü effekt verir.

Ev şəraitində çox təsirli skrablar hazırlamaq olar.
- Yulaf yarması ("herkules") çox yaxşı yumşaq skrabdır. Yulaf yarmasını bir qədər ilıq suda isladın və üz dərisinə çəkib massaj hərəkətləri ilə üzünüzü təmizləyin. Bu skrab quru həssas dəri üçün xüsusilə uyğundur.

- Dəniz duzu + bal. Yaxşı qarışdırın və üzünüzü təmizləyin. Dəniz duzu dəri üçün xeyirli olan müxtəlif minerallarla zəngindir. Bal isə dəridən toksinləri, şlakları çıxartmağa kömək edir. Bu skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir.

Dəniz duzunun iri dənəcikləri dərini zədələyə bilər ki, bu səbəbdən istifadə etdikdən əvvəl duzu qəhvəüyüdəndə xırdalamaq lazımdır. Dəniz duzunu həmçinin xama və ya qaymaqla (quru dəri üçün) qarışdırmaq olar.

- Şəkər tozu da ev skrabların hazırlanmasında geniş istifadə olunur. Quru dəri üçün skrab hazırladıqda şəkər tozu xama, gənəgərçək, ərik, zeytun yağı ilə qarışdırılır. Yağlı dəri üçün isə şəkər tozunu kefir və ya qatıqla qarışdırmaq olar.

- Düyüdən də çox yaxşı skrablar alınır. Düyü ümumillikdə dəri üçün çox xeyirlidir. Düyü qəhvəüyüdəndə xırdalanır və dərinin növündən asılı olaraq xama, yağ (yağlı dəri), qatıq, kosmetik gil (quru dəri) və s. ilə qarışdırılır.

- Soda bir qədər suda isladılır və skrab kimi istifadə olunur. Quru dəri zamanı sodanı xama və ya qaymaqla qarışdırın.

- Üzüm çəyirdəklərindən çox yaxşı skrab hazırlamaq olar. Üzüm çəyirdəyi dəriyə çox yaxşı təsir edir, cavanlaşdırır. 1 çay qaşığı üzüm çəyirdəkləri qəhvəüyüdəndə xırdalayın, bir neçə əzilmiş üzüm gilələri ilə qarışdırın və üz dərisini bu skrabla təmizləyin.

- Qəhvə üyüdən maşında ərik tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda) və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə etmək olar.

Nəzərə almaq lazımdır ki, skrablardan çox tez-tez istifadə etmək olmaz. Çünki bu zaman dəri getdikcə qurumağa başlayır, onun qıcıqlanması və müxtəlif infeksiyalardan qorunma qabiliyyətinin zəifləməsi baş verir.

Dərisi quru olanlar skrablardan 2 həftədən bir, dərisi yağlı olanlar isə həftədə bir dəfə olmaqla istifadə edə bilərlər. Yay aylarında skrablardan daha tez-tez (quru dərilər üçün həftədə bir dəfə, yağlı dərilər üçün isə həftədə iki dəfə) istifadə etmək olar.

Sızanaqları, kuperozu (dəridə ulduz şəkilli xırda damarlar) və digər dəri xəstəlikləri olan insanlar skrablardan istifadə etməməlidir!

Skrablardan axşam saatlarında duş qəbul etdikdən və ya dərini buğa verdikdən sonra istifadə etmək lazımdır. Skrabı nəm və təmiz dəriyə yüngülcə (!!) masaj etməklə, quru dəriyə 1 dəqiqə, yağlı dəriyə isə 2-3 dəqiqə ərzində sürtmək, daha sonra isə ilıq su ilə yaxşı-yaxşı yumaq lazımdır. Skrab hər iki əlin şəhadət və orta barmaqlarının ucları ilə masaj xətləri üzrə sürtülür.

Heç bir halda skrabı göz ətrafına sürtməyin! Skrabdan istifadə etdikdən sonra dəriyə qidalandırıcı krem çəkmək lazımdır.

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1271
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Son Bahar
Men gerkulesden isdifade edirem arada....arada vaxtim olanda hazirlayiram tesekkurler
2 iyun 2017 10:47
6
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
YalniZ-ArZu
Sitat: adsiz-a

Hec ozumde bilmirem niye,menace tembellikden..Awkim bitanem yaz receptini mende edim.
Amma gil nedir bilmiyom

Gil Qlina demekdir canim...Kosmeticeskaya qlina apteklerde satilir packalarda...qara,ag,yawil,cehrayi,mavi rengleri olur...
Men gile bir az su qatiram smetan halina gelir,uzerine bir qawiq qatiq+limon suyu+uyudulmuw qerkules...on bew deq saxlayib ovuram sifetimnen...uz derim uwaq derisi kimi yumwaq ve temiz olur.
Sodayla ise,bir x.q sodaya bir x.q su qat,qariwdir vur uzune qoy qurusun...yuyanda yene ovginen ve yu...pitatelni krem vur eger derinin dartilmagini hiss edirsense.
1 iyun 2017 17:56
5
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
adsiz-a
Sitat: YalniZ-ArZu
Sitat: adsiz-a
Tewekkurler men skrab falan vurmuram uzume

niye canim?skrab cox faydalidir...derini olu huceyrelerden arindirir,mesameleri ortur,deri nefes alir.
Men istifade edirem...qerkules,gil qatiq skrabindan...adi suyla soda skrabindan da istifade edirem.

Hec ozumde bilmirem niye,menace tembellikden..Awkim bitanem yaz receptini mende edim.
Amma gil nedir bilmiyom
1 iyun 2017 15:29
4
Offline
YalniZ-ArZu
Sitat: adsiz-a
Tewekkurler men skrab falan vurmuram uzume

niye canim?skrab cox faydalidir...derini olu huceyrelerden arindirir,mesameleri ortur,deri nefes alir.
Men istifade edirem...qerkules,gil qatiq skrabindan...adi suyla soda skrabindan da istifade edirem.
1 iyun 2017 13:51
3
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Evde skrablar hazirlayiram.Uz ucun faydali olur
1 iyun 2017 12:26
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
adsiz-a
Tewekkurler men skrab falan vurmuram uzume
1 iyun 2017 12:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv