Dərinin qocalmasını sürətləndirən 7 AMİL

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2343
Paylaş:
Səs ver:
(səs: 1)
Dərinin qocalması təbii fizioloji prosesdir. Lakin bəzi qadınlarda bu prosess daha sürətlə, digərlərində isə əksinə daha asta gedir.

Bunun bir çox səbəbləri vardır. Bu səbəblər arasında:

1. İrsiyyət.
Bəzi ailələr var ki, bu ailələrdə qadınların dərisi tez qocalır və qırışır, əksinə isə digər ailələrdə qadınlar öz yaşıdlardan da qoca görünür. Bu dərinin irsi xüsusiyyətləri ilə (qalınlıq, yağlılıq və s.) bağlıdır.

2. Siqaret çəkmək.
Çoxdan sübut olunub ki, siqaret çəkən qadınlarda dəri daha tez qocalır. Məsələ burasındadır ki, nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur.

3. Yuxunun az olması. Yuxunun kifayət qədər olmaması ümumi orqanizmi sarsıtdığı kimi, dəriyə də öz mənfi təsirini göstərir. Alimlər təsdiq edir ki, yaxşı və sağlam dəriyə sahib olmaq üçün qadın gecə 7 saatdab 9 saata qədər yatmalıdır.

4. Mimikanın çox aktiv olması. Mimikası çox aktiv olan qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Bu səbəbdən mütəxəssislər qadınlara mimikadan daha az istifadə etməyi tövsiyə edirlər.

5. Kosmetikadan sui-istifadə. Kosmetikadan həddindən artıq istifadə edilməsi də dəri qırışlarının əmələ gəlməsinə səbəb olur. Xüsusilə bu qatı tonal kremlər və krem-pudralardan istifadə edən qadınlara aiddir. Bu vasitələrin təsiri nəticəsində dəri məsamələri tutulur ki, dəri “nəfəs almır”, dəridə gedən mübadilə prosesləri pozulur. Hər zaman gözəl, təravətli və cavan qalmaq istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən minimal şəkildə istifadə etməyə çalışın!

6. Günəş vannalarından və solaridən sui-istifadə. Dərinin növbəti "düşməni" günəş şüalarıdır. Tez-tez solyariya getdikdə və uzun müddət ərzində açıq günəş şüaları altında olduqda dərinin quruması və erkən dəri qırışlarının əmələ gəlməsi baş verir. Buna görə də günəşli havada çölə çıxarkən dərinizə mütləq günəşdən qoruyucu kremlər çəkmək və günəşdən qoruyan eynəklərdən istifadə etmək tövsiyə olunur.

7. Qidalanmada meyvə və tərəvəzlərin az olması. Mütəxəssislər araşdırmalar zamanı belə qənaətə gəliblər ki, daha çox meyvə və tərəvəzləri istehlak edənlərin dərisi daha gec qocalır. Bunun əsas səbəbi isə meyvə və tərəvəzlətin tərkibində antioksidantların (qocalma prosesini ləngidən maddələr) çox olmasıdır.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2343
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_ŞN_
Bunlardan meyve yemeye cox diqqet edirem)) o birlerde duzdur gerek riayet edek men cix vaxt majiyajla yatiram buda ziyanlidir tebiiki
14 iyun 2017 18:46
7
Offline
Son Bahar
Yuxusuzluqdan mənim basima cox seylər gelecek122
13 iyun 2017 15:53
6
“Appréciez les petites choses de la vie car un jour vous regarderez en arrière et réaliserez qu’elles étaient les grandes choses.” 08
Offline
YalniZ-ArZu
Xebercun tewekkurler...
12 iyun 2017 18:17
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Barbaris
bilirdim coxunu..twkler
12 iyun 2017 16:46
4
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
tatyana
Mimikanın qırışlara cox tesiri oldugunu bilirdim
12 iyun 2017 16:24
3
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
Her bir derini qocaldir.Deriye daim baxim gostermeliyik
12 iyun 2017 16:03
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
adsiz-a
Bildiklerim var idi amma yenede tewekkurler
12 iyun 2017 15:08
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri