Üzə qulluq

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 2 868
Səs ver:
(səs: 0)
Miselyar su yumşaq təmizləyici vasitədir. Miselyar su makiyajı və dəridəki çirkləri çox yaxşı təmizləyir və hidro-lipid qişanın balansını qoruyur. Onun müsbət cəhəti ondan ibarətdir ki, dərini qurutmur və göz yaşı vəzilərini qıcıqlandırmır, deməli, hər növ dəri üçün uyğundur və gözdən makiyajı rahatlıqla təmizləmək olar. Miselyar suyun tərkibində spirt, sabun, həmçinin paraben, silikon və aromatizatorlar yoxdur. Əksər hallarda istehsalçılar müxtəlif bitki cövhəri və minerallar kimi köməkçi komponentlər əlavə edirlər. Məsələn, Vichy -dən
Purete Thermale miselyar suyunda qall qızılgülü ləçəklərinin cövhərindən istifadə olunub – bu komponent dərini yumşaldan və qıcıqlanmanı aradan qaldıran fitofenollarla zəngindir. Payot-dan Eau Micellaire Purifiante miselyar suyunun tərkibinə isə dəri yağlarının ifrazını azaldan sink daxildir. Miselyar su seçdikdə tərkibi ilə tanış olun ki, komponentlərdən hansısa (əsasən bitki) allergiyaya səbəb olmasın.

Miselyar su necə təsir edir?
Miselyar suyun fəal komponenti olan misellər mikroskopik birləşmələrdir. Onlar suda müəyyən qədər yığıldıqda səthi fəal maddələr yaradır.

Misellər bir sıra maraqlı xüsusiyyətlərə malikdirlər:
· təmizləyici vasitələrin qıcıqlandırıcı komponentlərinin təsirini azaldır;
· zərərli kimyəvi maddələrin fəaliyyətini dayandırır;
· ən xırda yağ hissəciklərini birləşdirir və aradan qaldırır.
Miselyar su həm effektiv, həm də ehtiyatla dərini təmizləyir. Misellər maqnit kimi təsir göstərirlər, makiyaj və yağ hissəciklərini cəzb edir və onları təmizləmək asan olur. Bununla belə dərinin lipid quruluşu pozulmur, buna görə də miselyar su istifadə etdikdən sonra dəridə diskomfort və quruluq hissi yaranmır.

Miselyar su kompleks şəklində təsir edir və bir anda bir neçə məsələni həll edir:
· üzün, həmçinin göz ətrafı zərif dərinin təmizlənməsi;
· makiyajın təmizlənməsi;
· dərinin təravətləndirilməsi.

Burada qeyd etmək lazımdır ki, miselyar su gündəlik təmizləmə və təravətləndirmə üçün uyğundur, lakin dərin təmizləmə və ya, məsələn, suya davamlı makiyajı silmək üçün xüsusi vasitələrdən istifadə etmək lazımdır.

Miselyar suyu yumaq lazımdırmı?
Əgər miselyar sudan gündəlik təmizləmə və dərini tonuslaşdırmaq üçün istifadə edirsinizsə, onu su ilə yumaq mütləq deyil. Tərkibində bəzi digər vasitələrdə olan qələvi olmadığı üçün quruluq və qıcıqlanmaya səbəb olmur.
Lakin makiyajı miselyar su ilə sildikdən sonra mütləq əlavə olaraq üzü yumaq lazımdır. Misellər xırda yağ hissəciklərini birləşdirir və bununla makiyajın silinmə prosedurunu asanlaşdırır, lakin sonra makiyajın qalıqlarını isladılmış pambıq disklə və ya su ilə təmizləmək mütləqdir. Əks halda misellər xırda çirk hissəcikləri ilə birgə aknenin yaranmasına səbəb ola bilər.

Miselyar suyu necə seçmək lazımdır?
Miselyar su normal və həssas dərili insanlar üçün daha çox uyğundur. Dəriniz yağlıdırsa, miselyar su tam təmizləmənin yalnız ilk mərhələsidir.
Bütün kosmetik vasitələri olduğu kimi, miselyar suyu da seçdikdə güvəndiyiniz istehsalçılara üstünlük verin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri