Bikini sahəsinin lazer epilasiyası

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 29 309
Səs ver:
(səs: 1)
Hər bir dövrdə qadın gözəlliyinin müəyyən etalonları mövcud olmuşdur. 21 – ci əsrdə bu etalonlar kifayət qədər fərqlidir, lakin, buna baxmayaraq, əsas məqamlar da mövcuddur. Əvvəllər danışılmayan, hətta bəzi hallarda gizli saxlanılan məsələlərə bu gün müəyyən forumlarda müzakirələr həsr olunur. Müasir qadınlar və kişilər üçün bikini zonasında tüklərin aradan qaldırılması intim qulluğun ayrılmaz hissəsinə çevrilmişir.

BİKİNİ SAHƏSİNİN LAZER EPİLYASİYASI ZONALARI:
İlk olaraq qeyd etmək lazımdır ki, bikini zonasının epilyasiyası müəyyən növlərə bölünür. Beləliklə, bikini xəttinin epilyasiyası və dərin bikini epilyasiyası mövcuddur ki, bu metod intim zonalarda tüklərin tam şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Hansı növ epilyasiyanı seçmək lazımdır? Təbii olaraq, bu, yalnız sizin şəxsi istəklərinizdən asılıdır. Bikini zonası daimi qulluğa ehtiyac duyur, çünki bu zonanın dərisi çox incə və həssasdır.

LAZER EPİLYASİYASINA TƏLƏB OLUNAN HAZIRLIQ:
Prosedurdan 10-14 gün əvvəlcədən solyariyə getmək və ya bilavasitə günəş şüaları altında qaralmaq olmaz.
Seansa 14 gün qalmış tetrasiklin qrupundan antibiotikləri, eləcə də, ftorxinolonlara aid olan preparatları qəbul etmək olmaz.
Lazer epilyasiyasına 2 – 3 həftə qalmış qırxma istisna olmaqla bütün digər depilyasiya növlərini dayandırmaq lazımdır.
Prosedurdan əvvəl epilyasiya ediləcək zonanı dəqiq müəyyən etmək lazımdır (qırxılmış zonalara kremlər, dezodorantlar və sair vurmaq olmaz).
Prosedura 3 gün qalmış və epilyasiya seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etmək olmaz.
Həkim tərəfindən tövsiyə olunan prosedur qrafiklərinə, eləcə də, lazer epilyasiyasının bütün qaydalarına riayət etmək zəruridir.

DƏRİN BİKİNİ ZONASININ LAZER EPİLYASİYASININ ÜSTÜNLÜKLƏRİ:
Diqqət yetirin ki, dərin bikini zonasının lazer epilyasiyası mübahisə edilməyən üstünlüklərə malikdir: tüklərin aradan qaldırılmasının digər metodları ilə müqayisədə prosedur zamanı komfort, təhlükəsizlik və effektivlik. Nəticə artıq birinci seansdan sonra göz önündə olacaq və inanın ki, gözlədiyinizidən də üstün nəticə əldə etmiş olacaqsınız.

BİKİNİ ZONASININ LAZER EPİLYASİYASININ EFFEKTİ:
Bikini zonasının lazer epilyasiyası bir çox üstünlüklərə malikdir, çünki artıq ilk seansda siz 15 – 40% arzuolunmaz tüklərdən azad olmuş olacaqsınız, tüklərin bitdiyi zonada qara nöqtələr və qızartılar aradan qaldırılacaq. Bundan əlavə, bu incə zonada dəriniz hamar və zərif olacaq. Prosedurların sayını həkim hər müştəri üçün fərdi şəkildə müəyyən edir, lakin, orta kurs 4 – 8 prosedurdan ibarət olmalıdır. Prosedurlar arasında interval 6 – 8 həftə arası dəyişir, hər növbəti seansdan sonra isə təxmini 2 həftə artır.

OPTIMAL VƏ EFFEKTIV HƏLL:
Hal-hazırda lazer epilyasiyası bədənin istənilən sahəsində arzuolunmaz tüklərin aradan qaldırılmasının ən optimal və effektiv metodudur. Bundan əlavə, bu metod tüklərin birdəfəlik aradan qaldırılmasına gətirib çıxaran ən müasir, sürətli və nisbətən ucuz metoddur.

PROSEDURDAN SONRAKI DÖVR ÜÇÜN TÖVSİYƏLƏR:
Lazer epilyasiyası seansından sonra 3 gün ərzində tərkibində spirt olan losyonları, tonikləri və sair istifadə etməmək.
Qidalandırıcı, nəmləndirici vasitələri, məsələn, “Pantenol” və ya “Bepanten” kimi vasitələri istifadə etmək tövsiyə olunur.
Prosedurdan sonra 14 gün ərzində günəş vannalarını qəbul etməmək, solyariyə getməmək və günəşdən qorunmaq üçün nəzərdə tutulmuş vasitələri istifadə etməmək.
Seansdan sonra 24 saat ərzində saunaya, hamama getməmək, isti vanna qəbul etməmək, hovuzda və ya dənizdə çimməmək.

GÖSTƏRİŞLƏR:
Həddindən artıq tük örtüyü
Bikini zonasında tüklərin çoxluğundan yaranan narahatlıq
Dəriyə bitmiş tüklər
Bikini zonasında həssaslıq və qıcıqlanma

LAZER EPİLYASİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS ƏKS GÖSTƏRİŞLƏR:
İnfeksion xəstəliklər
Şəkərli diabet (insulin qəbulu)
Şiş xəstəliklər
Prosedurdan əvvəl 3 ay ərzində epilyasiya edilən zonaya cərrahi müdaxilə.
İmmun sisteminin xəstəlikləri
Sarı rəngli, ağarmış tüklər
Dermatoloji xəstəliklər
Hamiləlik və laktasiya dövrü
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 29 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri