Kirpiklər - qaynaq, yummi lashhes haqqında

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 452
Səs ver:
(səs: 0)
Əvvəllər ideal həcmli kipriklərə nail olmaq üçün biz, xanımlar, ideal tuş axtarardıq. İndi isə bu problem çox tez və asan həll olunur, bu nəticəyə bir neçə dəqiqə ərzində nail olmaq mümkündür. Əsas düzğün material və üsulu seçməkdir.

Uzadılan kipriklər 6 mm -dən 17 mm -dək uzunluqda, qara və ya qəhvəyi rəngdə olur. Çox həcmli kiprik (gəlinciksayağı) əldə etmək üçün kipriklərin 3D uzadılması üsulu tövsiyyə edilir. Bu üsulun mahiyyyəti bir kipriyin üzərinə 2-3 kipriyin qoyulmasından ibarətdir.

Fərgli görsənməyi sevən xanımlara lazım olan – rəngli kipriklərdir. Ustaların tərcübəsi sayəsində siz gözəl və heç də kobud görsənməyən kipriklərə sahib ola bilərsiz.

Göy və bənövşəyi rənglər qəhvəyi göz rənginə, narıncı kipriklər isə yaşıl göz rənginə yaraşır. 3D uzadılma ilə rəngli kipriklər daha (göz qamaşdırıcı) effektiv görsənir.

Yumilashes – İsveçrədə tərtib edilmişdir, prosedurun məqsədi uzun, buruq və ən əsası təbii kipriklərə nail olmaqdır.

Yumilashes proseduru yeddi mərhələdən ibarətdir:
Təmizləmə – kipriklər toz və yağdan təmizlənir.
Tərz – kipriklər seçəcəyiniz tərzdə əyildilir ( “naturel” , “pişiy gözü” , “Baby doll” )
Lifting – LİFT mayesi kipriklərə çəkilir, nəticədə kipriyin bütün pulcuqları açılır və növbəti mərhələyə keçmək mümkünləşir.
Doldurulma və fiksasiya – hər kiprik “Fix” serumu ilə doldurulur və 30% daha həcmli olur.
YUMI™ TINT piqmenti ilə doldurulma – kipriklər daha parlaq olur, baxış daha ifadəli olur.
Qida – kipriklər vitaminlərlə təmin olunur, bu onları qidalandırır və pulcuqlar bağlanır.
Keratinlə qidalanma – Keratin gel-tuşunun kipriklərə vurulması – evdə tətbiq olunur, davamlı effekt və kipriklərin sağlam uzanmasını təmin edir.
Prosedur effekti 2,5 -3 ay davam edir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri