Burun plastikasında qapalı (izsiz) üsul ilə açıq üsulun fərqi

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 169
Səs ver:
(səs: 0)
Burun əməliyyatı illərdir tətbiq edilən bir plastik əməliyyatdır. Uzun illər müddətində inkişaf etmiş və yeni texnikalar istifadə edilməyə başlanmışdır.

Keçmişdən gələn bir vərdiş ilə plastik burun əməliyyatı olmaq istəyənlərin bir çoxu həkimlərə nə qədər yara izi qalacağını, gözə çarpıb, çarpmayacağını soruşurlar. Artıq əvvəlkindən fərqli olaraq heç bir yara izi qalmadan plastik burun əməliyyatını tətbiq edə bilirlər.

Plastik burun əməliyyatı əsas olaraq 2 üsulla aparılır. Bunlardan biri açıq burun plastikası, digəri isə qapalı burun plastikasıdır. Açıq burun plastikasında burun deşikləri arasındakı hissə kəsilərək burun dərisi qaldırılır və burnun quruluşu görünür. Burnun daxili quruluşu cərrahın gözünün qarşısında olur. Bu səbəbdən açıq üsul ilə burun plastikası tətbiq etmək cərrah baxımından daha çox üstünlük təşkil edir.
Daha az təcrübəyə malik olan cərrahlar əsasən açıq üsula üstünlük verirlər. Çünki, bu üsul ilə əməliyyat aparmaq daha asandır. Amma, açıq burun plastikasında kənardan gözə çarpa bilən bir yara izinin qalması ehtimalı var.

Qapalı üsul ilə aparılan əməliyyatlarda isə digərindən fərqli olaraq kəsiklər burun deşiklərinin içərisindən aparılır. Burun plastikası da bu şəkildə həyata keçirilir. Burnun ön hissəsində heç bir kəsik olmur və buruna forma verən "Pintagium" bağı kəsilmir. Nəticədə burunu qidalandıran damar-sinir sistemi zədələnmədiyindən ödəm az olur, burun ucunda keylik hissi olmur. Qapalı üsul ilə kənardan görünən bir izin qalması ehtimalı da yoxdur. Amma, qapalı üsulun tətbiqi daha çətindir və təcrübə tələb edir.

Burun plastikasından sonra yara izi qalır?

Açıq üsul ilə aparılan burun plastikasında kiçik bir izin qalması ehtimalı var, amma sözü gedən iz çox böyük bir iz deyil, çox vaxt məqbul görünür. Amma, diqqətli şəkildə baxıldığı zaman gözə çarpa bilər. Xüsusilə, qalın dərili insanlarda iz qalma ehtimalı daha yüksəkdir. Kənardan baxıldığı zaman dəqiq olaraq heç bir izin qalmaması üçün zəmanət verə bilən üsul qapalı burun plastikasıdır. Əgər iz qalma ehtimalı sizi çox narahat edirsə, qapalı üsul ilə aparılan burun plastikasını seçə bilərsiniz.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 169
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumat oldu gizli daha yaxsidi
9 iyul 2019 11:21
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
diablo
Mən əməliyyata qarşıyam ona görə heç bi şey yazasım yokhmmm
5 iyul 2019 12:23
5
Perfect
Offline
BARBI
Iz qalmaq daha pisdir.Mence emeliyatdansa dolgu daha yaxsidi
4 iyul 2019 23:26
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
fiyonik
Qapali plastika usulu daha meqsedeuygun geldi. Iz qalmasi pisdi. Amma pesekar biri lazimdi ki, onu ede. Melumat maraqliydi. Tesekkurler
4 iyul 2019 20:17
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Nura
Maraqli xeberdir son zamanlar burun emeliyyati yaman coxalib
4 iyul 2019 18:34
2
Offline
asiklar
Heç vaxt estetik emeliyyat eletdirmeyi düşünürem

Yeni düşünmürem.Burnumun ehtiyacı var.Amma bele qalmaq yaxşıdı
4 iyul 2019 17:39
1
L

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri