Süd vəzilərinin kiçildilməsi (reduksion mammmoplastika)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 402
Səs ver:
(səs: 0)
Reduksiyon mammoplastika (süd vəzilərinin kiçildilməsi)-süd vəzilərinin toxumalarının və dərisinin rezeksiya edilərək həcminin azalmasına yönəlmiş operativ müdaxilədir.

Ağır ptozun (sallanmanın) olması qadına həm fiziki, həm də mənəvi diskomfort verə bilər. Narahatçılıq və vəzi kütləsinin, həcminin həddən artıq ağır olması reduksion mammoplastikaya əsas göstəriş sayılır. Bəzi qadınlar onurğa sütununun döş və boyun şöbəsində ağrının olmasından şikayət edirlər. Hipertrofiya süd vəzilərinin xroniki mastiti, o cümlədən ağrı sindromu ilə müşayiət oluna bilər. Qadınlar tez-tez inframammar sahədə maserasiyanın olmasından şikayət edirlər. Bundan əlavə, çox vaxt xəstənin müraciətinin səbəbi isə geyim seçimi ilə bağlıdır.

Əməliyyata əks göstərişlər (şəkərli diabet, hipertoniya xəstəliyi, dekompensasiya mərhələsində, eyni zamanda onkoloji xəstəlik) istisna olunmalıdır. Bəzən xəstələr reduksiya zamanı gilə-alveolyar kompleksinin həssaslığının azalması və kəsiklərin olmasına görə əmliyyatdan imtina edirlər.

Əməliyyatın planlaşdırılması

Ümumi klinik və laborator müayinələrdən başqa, reduksion mammoplastikadan öncə onkoloq-mammoloqun konsultasiyasında olmalı və mammoqrafiyadan keçmək lazımdır. Baxış keçirilərkən pasiyentin bədəninin proporsiyası, ölçülərinin nisbəti qiymətləndirlir. Müayinədən sonra həkim, dərinin vəziyyəti və sallanmanın (süd vəzilərinin düşməsi) dərəcəsin müəyyən edir. Həcmin qiymətləndirilməsi və xəstənin istəyi nəzərə alınaraq son nəticə planlaşdırılır.

Reduksion mammoplastika əsas prinsipləri

Reduksion mammoplastika üç əsas vəzifənin həllini nəzərdə tutur:

Vəzin artıq toxumalarınıın rezeksiyası.
Gilə-areolyar kompleksin sallanmasının aradan qaldırılması.
Vəzi örtən dərinin həddən artıq hissəsinin kəsilib götürülməsi.
Müxtəlif pasientlərdə sadalanan problemlərin həlli, hər bir konkret hal ciddi təhlil edildikdən sonra, cərrah reduksion mammoplastika üçün optimal taktika seçir. İdeal üsulla aparılan reduksion mammoplastika əməliyyatı aşağıdakı vəzifələri həll etməyə imkan verir:

Süd vəzisinin həcminin azalması zamanı vəzinin qalan toxumalarının və gilə-alveolyar kompleksin normal qidalanmasının təmini.

Süd vəzilərinin estetik cəhətdən gözəl formasının yaradılması və onların simmetrik duruşunun təmin edilməsi.

Əməliyyatdan sonrakı çapıqların gizli zonada yerləşməsi ilə onların minimal uzunluqda olması.

Dərinin və gilə-areolyar kompleksin normal həssaslığının qorunması;

Laktasiya imkanlarının qorunub saxlanmasına çalışmaq;

Əməliyyat nəticələrinin kifayət qədər uzun müddət saxlanılması.

Əməliyyat öncəsi dərinin üzərində markerlərlə rezeksiya ediləcək sahələr qeyd edilir. Vəzin çıxarılacaq təxmini həcmi əməliyyata kimi müəyyən edilir. Rezeksiya zamanı qanaxmanı azaltmaq üçün koaqulyatordan istifadə etmək lazımdır. Əksər hallarda vəzin aşağı sektoru rezeksiya edilir Vəzin qalan toxumaları əlavə saplarla modelləşdirilir. Süd vəziləri və dəri parçaları formasının yaradılması ilə əməliyyatın son mərhələsi başlayır. Dəri-piy qatı əsasən vəzinin aşağı sektorunda formalaşdırlır. Yaranı gilə-areolyar kompleksin dəri ayaqcığının başlayan yerindən dərini kifayət qədər dartmaqla bağlayırlar. Çox böyük gərilmə gələcəkdə tikiş xəttində kobud çapıqların əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda artıq dəri parçaları vəzin sallanmasına gətirib çıxara bilər. Reduksion mammoplastika kifayət qədər geniş əməliyyat sayılır. Bu əməliyyatın gedişində iri toxuma kütlələri kəsilib götürülür və böyük yara sahəsi əmələ gəlir ki, bu da sonda bəzən yaranın infeksiyalaşmasına səbəb ola bilər.

Reduksion mammoplastikadan sonra aşağıdakı növ fəsadlar inkişaf edə bilər:

Erkən cərrahiyyədən sonra, qançır, irin, yara kənarlarının aralanması, yara kənarının nekrozu,

Əməliyyatdan sonrakı uzaq dövrdə vəzilərin deformasiyası, təkrar ptoz, gilə-alveolyar kompleksin deformasiyası, vəzin həcminin itirilməsi və s. baş verə bilər.

Gilə-areolyar kompleksin deformasiyası üç növ bölünə bilər:

Gilə-areolyar kompleksin içəriyə çəkilməsi.

Gilə-areolyar kompleksin distopiyası (yerini dəyişməsi)

Gilə-areolyar kompleksin konturlarının deformasiyası.

Vurğulamaq lazımdır ki, deformasiya gilə-areolyar kompleksin plastikasında istifadə olunan metoddan asılı olmayaraq 50% hallarda rast gəlinir. Ona görə də pasientlə ilə bu fəsadların inkişaf imkanlarını müzakirə etmək lazımdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri