Liposaksiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 972
Səs ver:
(səs: 0)
Liposaksiya – qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.
Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur. Liposaksiyanı 20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar.

Göstərişlər.
Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə (məslən: bel nahiyyəsinin liposaksiyası+abdominoplastika, alt çənə nahiyyəsinin liposaksiyası+liftinq (yuxarı çəkilmə) ) birlikdə oluna bilər.
Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı "oturur”. Liposaksiyanın olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.

Əks göstərişlər.
- İstənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər.
- Ümumi piylənmə
- Dartılmış dərinin sallanmasında, bədən qurluşunun piy toxuması ilə əlaqəsi olmayan (sümük-əzələ sistemi, qarın boşluğu orqanları, vəs. ilə bağlı) dəyişikliklərində.

Ağrısızlaşdırma.
Liposaksiya zamanı adətən venadaxili narkoz tətbiq edilir. Lakin artıq piy toxuması nisbətən kiçik sahələrə toplanmış və yaxud venadaxili narkoza əks göstərişləri olan xəstələrdə yerli anesteziyada tətbiq edilə bilər.

Əməliyyat.
Əməliyyatdan əvvəl cərrah liposaksiya olunan sahələri işarələyir, sonra nəzərdə tutulmuş sahələrə xüsusi maye yeridilir. Bundan sonra xüsusi konyulə vasitəsilə piy toxumasını dağıdırlar, piy toxuması emulsiyaya çevrilərək xüsusi sorucu vasitəsilə çəkilir. Piyi dağıtmaq üçün həmçinin ultrasəsdən də istifadə olunur. Xüsusi aparat vasitəsilə ultrasəs piy toxumasına ötürülür, piy toxumasının konsistensiyası yumşalır və asanlıqla vakuum vasitəsilə çəkilir. Ultrasəs əməliyyatın travmatikliyini, mümkün ola bilən fəsadların yaranması ehtimalını xeyli azaldır.
Əməliyyatın mahiyyəti xırda kəsiklərdən 0.5sm-dək dərialtı piy toxumasına uc hissəsində bir və ya bir neçə dəlik olan konyula yeridilir. Konyulanın diametri xaric olunacaq piy toxumasının həcmi və lokalizasiyasından asılıdır.
Konyulanın digər ucu vakuum aparatına birləşmiş olur. Vakuum aparatı mənfi təzyiq yaradaraq piyin çəkilməsini təmin edir.
Konyulanın yelpikvari hərəkətlərlə irəliyə yeridilməsi piy toxumasının dağıdılması və vakuum aspirasiyanı təmin edir. Əməliyyata sərf olunan vaxt əməliyyat həcmindən asılı olaraq müxtəlif ola bilər.

Əməliyyatdan sonrakı dövr.
Əməliyyatdan dərhal sonra xəstə əməliyyatdan sonrakı dövr palatasına yerləşdirilir. Liposaksiya məhdud sahələrdə (adətən 4 anotomik sahələrdən çox olmamaq şərti ilə) aparılmışdırsa, 2-3 saat klinikada qalmaq kifayət edir. Əməliyyatın həcmi nisbətən böyük olduqda isə xəstə ertəsi günün səhərinə qədər klinikada tibbi personalın nəzarəti altında qalmalıdır. Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın həcmi nə qədər kiçik olsa əməliyyat bir o qədər yüngül keçirilir. Adətən əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilər.
Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan sonrakı dövrdə liposaksiya olunmuş sahələrdə şişkinlik müşahidə olunduğundan əməliyyatın ilkin nəticəsini 4 həftədən son nəticəsini isə 3-6 aydan sonra qiymətləndirmək mümkün olur. Təkrar liposaksiya əməliyyatı 3-6 aydan tez oluna bilməz.

Mümkün olan ağırlaşmalar.
Müvəqqəti ağırlaşmalar:
- Dərinin rənginin dəyişilməsi (hematoma) və əməliyyat nahiyyəsində şişkinlik, toxumaların sərtləşməsi, həssaslığın azalması, hərəkətin məhdudlaşdırılıması, ümumi zəiflik.
- Əməliyyat nahiyyəsində dərinin nahamar olması.
- Qanaxma (qanın toxumadaxili itirilməsi).

Nəticələr.

Liposaksiya konyulasını piy toxumasına daxil etmək üçün uzunluğu 1sm, bəzən isə daha kiçik bir kəsik olunur. Kəsiklər az nəzərə çarpan nahiyyələrdə aparılır və onları tikərkən xüsusi texnikadan istifadə olunduğuna görə əmələ gələn çapıq çox xırda olur, demək olarki görünmür.
Piy hüceyrələrinin yerində çapıq toxuması inkişaf etdiyinə görə əməliyyatın nəticəsi daimi olur, əməliyyat dəridə praktik olaraq heç bir iz qoymur, əməliyyat sonu ağırlaşmalara çox nadir halllarda təsadüf olunur. Əməliyyatdan sonra piy hüceyrələrinin bərpa oluna bilməməyi yaxşı bədən qurluşunu uzun illər saxlamağa imakan verir. Bununla belə, liposaksiyadan sonra qidalanmanın rasional olması vacib şərtdir. Beləki orqanizmə daxil olan yağlar yeni nahiyyələrdə, yeni problemli sahələr yarada bilərlər.
Liposaksiyanın nəticələri əməliyyatdan dərhal sonra ideal olmayada bilər. Əməliyyatdan sonra dərialtı piy toxuması bir qədər daha yumşaq konsistensiyalı olduğundan onu asanlıqla müəyyən formaya salmaq olur.

Üz və boyun nahiyyəsinin liposaksiyası.
Liposaksiyanın bu növü üz və boyun, eyni zamanda çənəaltı nahiyyənin konturlarını yaxşılaşdırmağa imkan verir. Bu zaman müxtəlif ağırlaşmalara çox nadir hallarda rast gəlinir.

Qarın, bud və sağrı nahiyyələrinin yan səthlərinin liposaksiyası.
Bu nahiyyələrdə liposaksiya yalnız minimal və ya orta miqdarda piy yığıntıları olarkən aparılır. Bədənin yan səthlərinin liposaksiyasına xüsusi diqqət ayrılır, bu qum saatı formalı bədən qurluşu kimi nəticə əldə etməyə imkan yaradır. Dərinin yığılma qabiliyyəti aşağı olarkən liposaksiya dəri plastik əməliyyatı ilə tamamlanır.

Qarının ön səthinin liposaksiyası.
Piy abdominal yerləşərkən nisbətən xırda piy yığıntıları göbəkaltı nahiyyədə, iri piy yığıntıları isə dördbucaqlı formaya malik olub qarının orta hissəsində, göbəyin üstü və altında toplanır. Yumşaq və elastik dərisi olan xəstələrdə əməliyyatın nəticəsi daha qənaətbəxş olur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri