Genital estetik əməliyyatlar haqda məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 407
Səs ver:
(səs: 3)
Genital estetik əməliyyatlar sağlamlıq və gözəlliyinə düşkün qadınların ən sıx seçdiyi üsullardan biridi. Vaginal genişləmə, uşaqlıq boynunun  sallanması kimi   problemlərdə qadınların köməyinə çatan estetik əməliyyatları, Estetik və Plastik Cərrah Prof. Dr. Erol Kışlaoğlu izah edir.

Doğum sonrasında və ya müxtəlif səbəblərlə vaginada yaranan qalıcı ziyanlar vaginal genişləmə və sallanmalara səbəb ola bilir. Cinsi və psixoloji həyata əhəmiyyətli ölçüdə təsir edən bu vəziyyət əlaqə əsnasında ağrı, təminsizlik, özünə inam əskikliyi və cinsi istəksizliyə yol aça bilər. Bu problemləri və daha çoxunu aradan qaldırmaq üçün tələb edilən estetik əməliyyatlar indiki vaxtda sıxlıqla tətbiq olunur və məmnun  nəticələr alınır.

Qadınlar vagina estetik əməliyyatı niyə seçir?
Vagina estetiğinin həm funksional, həm də vizual problemləri ortadan qaldırdığını ifadə edən Prof. Dr. Kışlaoğlu, qadınların bu əməliyyatı, ümumiyyətlə partnerlərindən utandıqları, əlaqə əsnasında özünə inam əskikliyi və istəksizlik yaşadıqları, dar paltarlarda rahat ola bilmədikləri və əlaqə əsnasında ağrı çəkdikləri üçün seçdiyini vurğuladı.

Funksional vagina əməliyyatları nələrdir?
Doğum sonrası vaginal elastikliyi  azalan və sallanan, rəhm ilə sidik kisəsinin təmir edilməsi lazım olduğunu ifadə edən Kışlaoğlu, funksional əməliyyatların sidik torbası, rəhm, sidik kisəsi  sallanması və cinsi həyata mənfi təsir edən vagina genişləməsini  aradan qaldırmaq və sağlamlığı təhdid edə biləcək digər problemləri ortadan qaldırmaq üçün edildiyini ifadə etdi.

Estetik vagina əməliyyatları nələrdir?
Vaginoplasti: Yaş faktoru, sıx cinsi əlaqə, normal doğum və abort kimi ginekoloji müdaxilələr sonrasında genişləyən vaginanın daraldılması əməliyyatıdır. Vaginoplastidə məqsəd, vaginanın kiçik bir əməliyyatla daraldılaraq estetik və funksional olaraq yenilənməsidir.
Ortalama 30-40 dəqiqə davam edən vaginoplastidə xəstəyə lokal anestezi tətbiq olunaraq vaginanın istəkli daralmasını təmin edən əzələlər yaxınlaşdırılır və səthdəki dəstək toxumaları təmir edilir. Əməliyyat sonrası xəstənin 2-3 gün içərisində gündəlik həyatına dönə biləcəyini yazan Prof. Dr. Kışlaoğlu, ilk cinsi əlaqənin əməliyyatdan 1-1,5 ay sonra reallaşması lazım olduğunu vurğuladı.
 
Labioplasti: Asimmetriyanı düzəltmək üçün iç dodaqlardan birinin və ya hər ikisinin də kiçildilməsi əməliyyatı olan Labioplastidə məqsəd, uzun və sallanan dodaqların yarada biləcəyi əlaqə əsnasında içə qıvrılaraq ağrı vermə, istənməyən səslərə səbəb olma və dar paltarlarda narahat edici görünüş vəziyyətlərinə maneə törətməkdir.
Labioplasti əməliyyatının daha əvvəl cinsi əlaqəyə girməmiş və doğum etməmiş kəslərdə də tətbiq oluna bildiyini ifadə edən Kışlaoğlu, əməliyyatın lokal anestezi altında ortalama 40-45 dəqiqə davam etdiyini sözlərinə əlavə etdi. Labiaplastidə normaldan böyük və müxtəlif problemlərə səbəb olan vagina dodaqları kiçildilir və yeni şəkilləri bədəndə əriyən tikişlərlə sabitlənir. Əməliyyat sonrası xəstənin 2-3 gün içərisində gündəlik həyatına asanlıqla davam edə biləcəyini xatırladan Kışlaoğlu, Labioplasti sonrasında ilk cinsi əlaqənin 20-25 gün sonra reallaşması lazım olduğunu qeyd etdi.

İki əməliyyat eyni anda edilə bilər!
Lokal anestezi yolu ilə  Labioplasti və Vaginoplastinin eyni anda edilə bildiyini ifadə edən Kışlaoğlu, tək bir əməliyyatla genital bölgədəki problemlərin aradan qaldırıldığını xatırlatdı. Hamısında olduğu kimi bu əməliyyatlarda da qanama, bənövşəyilik, şişlik və infeksiya riski tapıldığını vurğulayan Kışlaoğlu, bu cür genital estetik əməliyyatların mütləq gigiyenik şərtlərdə və sahəsində mütəxəssis estetik cərrahlar tərəfindən edilməsi lazım olduğunun vurğuladı.

Vagina estetiği özünə inamı artırır.
Cinsi və psixoloji həyata əhəmiyyətli ölçüdə təsir edən vaginal problemlərin aradan qaldırılmasıyla qadınların özünə inam duyğularının təzələnildiyini ifadə edən Kışlaoğlu, əməliyyat sonrası cinsi həyatın və ailə həyatının nizama girdiyini, xəstənin özünü daha rahat hiss etdiyini sözlərinə əlavə etdi.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri