Bildiyimizə görə insan orqanizminin yarı hissəsi sudan ibarətdir. Məhz
buna görə suya olan tələbatını ödəmək üçün , insan gün ərzində çoxlu
miqdarda su içməlidir.
Lakin içdiyimiz bəzi digər içkilər orqanizmə adi suyun təsir etdiyi kimi
müsbət təsir göstərmir. İstifadə etdiyimiz bir çox içkilər: çay, qəhvə,
qazlı sular, limonadlar və s. bir çox hallarda orqanizm və ən əsası ilk
olaraq kontaktda olduğu dişlərə mənfi təsir göstərə bilir. Son zamanlar
qazlı içkilərin dişlərə nə qədər ziyanlı olduğu haqda bir çox
məlumatlar yayıldığından, bu məqalədə sizə bunun səbəbi və nə qədər
düzgün fakt olduğunu bildirmək istəyirik:
Beləlilkə hər bir şirin qazlı içki, tərkibində şəkər və ya şəkər
əvəzedicisi olan turşa şirin əsasa və tuşuya malikdir. Həm şəkər həm də
turşu(xüsusən də limon turşusu) diş emalını parçalayaraq, kariesin
yaranmasına səbəb yaradaraq dişlərə eyni dərəcədə çox pis təsir
göstərir.
Bundan əlavə hər bir qazlı içikinin tərkibində əsasən onun yaxşı
saxlanılması üçün istifadə olunan karbon qazı vardır. Özlüyündə bu qaz
ziyansızdır, lakin, qazın böyük konsentrasiyası diş emalının dağılmasına
səbəb olur və bununla dişlərin isti və soyuğa olan həssaslığını
artırır, karies və hətta dişin tam olaraq korlanmasına gətirib çıxardır.
Xüsusən bu hələ tam formalaşmamış uşaq dişlərinə aiddir.
Bir çox ölkələrin stomatoloqları bu kimi içkilərin istehsalçılarından,
şəkər və qazın səviyyəsini maksimal olaraq azaltmasını və dişləri
qoruyan və möhkəmləndirən mineralların əlavə olunmasını tələb edirlər.
Lakin, isti yay günlərində özünüzə bu içkiləri qadağan edə
bilmirsinizsə, o zaman heç deyilsə bir neçə qaydalara riayət etməniz
məsləhət görülür:
- qazlı içkiləri saman çöpü vasitəsilə için
- yalnız yeməklə birgə qəbul edin
- ac qarnına heç bir halda içməyin
- qazlı su içdikdən həmən sonra dişləriniz yumağa tələsməyin, bu halda onlara daha çox ziyan vurmuş olacaqsınız.
Nəzərinizdə olsun ki, çay və qəhvə dişlərə ele bir ziyanlı təsir
göstərmir. Sadəcə onların qaralmasına səbəb ola bilər bu isə estetik bir
effekt olduğundan, diş emalına heç bir təsir göstərmir.