Xanımlar, əgər siz də istənməyən tüklərdən azad olmaq istəyirsinizsə, sizə istifadə etdiyim bir üsul deyim, bilin.
Əvvəlcə ayaq və ya hansısa bölgənin tükünün azalmasını istəyirsinizsə, həmin yeri epilyator və ya ağda ilə alın. Sonra 1 limonu ortadan yarıya bölüb, təmizlənən yerlərə çəkin. Limon tükün kökünü məhv edir. Düzdür, bir az acı verəcək. Amma zamanla həmin bölgədə tüklərin azalmasının şahidi olacaqsız. Bildiyiniz kimi limon həm də ağardıcı təsire malikdir. Qoltuqaltının ağarmasına da köməkçi olacaq... Çalışın, müntəzəm olaraq istifadə edin ki, nəticə mükəmməl olsun...