Sallanan qol dərisinə qarşı qovun suyu

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 3 263
Səs ver:
(səs: 1)
Yaş artdıqca dəri öz elastikliyini itirir.

Ona görə də orta yaşlı insanlarda, həmçinin, bir neçə dəfə kökəlib arıqlayanlarda qol dərisi sallanır. Qol dərisinin sallanmasına qarşı bahalı kremlər mövcud olsa da, hər kəs bu kremlərdən faydalana bilmir.

Ancaq bu problemdən təbii üsullarla xilas olmaq mümkündür. Mütəxəssislər bəzi qidaların qol dərisinin sallanmasına mane olduğunu bildirirlər. Toyuq əti, mal əti, bəzi balıq növləri, göy noxud, badam və mərci xüsusilə təsirlidir.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, qol dəriniz sallanırsa, qızılbalıq yeməlisiniz. Limon, portağal kimi sitrus meyvələr də qolları ideal görüntüyə qovuşdurur.

Ancaq bu problemə ən yaxşı şəkildə təsir edən meyvə yemişdir. Eyni miqdarda olan alma şirəsi ilə qovun şirəsini qarışdırın. Bu qarışımla həftədə iki dəfə qollarınızdakı problemli bölgələri masaj edin.

Alternativ variant olaraq 1 xörək qaşığı bal və zeytun yağı ilə 1 ədəd yumurta sarısını qarışdırıb onunla qolları masaj edə bilərsiniz. Hər iki maskanı 15 dəqiqə saxlamaq və daha sonra dərini soyuq su ilə təmizləmək lazımdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri