Dişləri təmizləməyin yeni üsulu

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1583
Paylaş:
Səs ver:
(səs: 3)

"Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula borcludurlar. Bəs, "oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri nələrdir?

 

 

 

Əslində, bu, yeni bir üsul deyil. Qədim zamanlardan bəri insanlar dişlərini təmizləmək üçün yağdan istifadə ediblər. Ancaq sonradan diş məcunlarının kəşfi bu üsulun unudulmasına səbəb olub. Son illər isə diş həkimləri dişləri yağla təmizləməyin çox effektli olduğunu bildirirlər. Mütəxəssislər "oil pulling”in bir çox xəstəliyi və problemi aradan qaldırdığını vurğulayırlar.

 

 

 

"Oil pulling” ağızdan toksinlərin və bakteriyaların təmizlənməsini təmin edir. Dişləri ağardır. Ağız boşluğundakı bakteriyalar məhv olduğu üçün ümumilikdə insanın səhhəti yaxşılaşır, bakteriyaların səbəb olduqları problemlər aradan qalxır.

 

 

 

Bu üsulu tətbiq etmək üçün yüksək keyfiyyətli kokos yağı və ya zeytun yağı almalısınız. Ancaq sadəcə kokos yağı antibakterialdır. Ona görə də, məcbur olmasanız, zeytun yağından istifadə etmək tövsiyə olunmur.

 

 

 

"Oil pulling” necə tətbiq edilir?

1.Bir çay qaşığı yağı ağzınıza alın.

2. Yağı 20 dəqiqə ərzində ağzınızda çalxalayın. Yağı udmaq, boğaza doğru ötürmək olmaz.

3.  20 dəqiqədən sonra ağzınızdakı yağı tüpürün.

4.   Ağzınızı təmiz su ilə 2-3 dəfə çalxalayın.

5. Təbii tərkibli diş məcunu ilə dişlərinizi fırçalayın.

 

Diqqət!

"Oil pulling” zamanı bir neçə nüansa diqqət etmək lazımdır.

*Bu üsul, adətən, acqarına tətbiq edilməlidir. Odur ki, səhər yuxudan oyanan kimi etməyiniz daha məqsədəuyğundur.

*Su, çay içmisinizsə, yemək yemisinizsə, 40 dəqiqə gözləyin. Yemək yedikdən dərhal sonra "oil pulling”  etmək olmaz.


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1583
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv