Döşlərin əməliyyatsız böyüdülməsi: narkoz və kəsik olmadan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 13 932
Səs ver:
(səs: 2)

Estetik baxımdan əməliyyatsız gözəlləşmək hər kəsin arzusudur. Bəs bu, həqiqətən  mümkündürmü? Türkiyəli plastik uzman Güncel Öztürk əməliyyatsız burun və sinə estetikasının mümkün olduğunu deyir. Qadinlar.biz həkimin bu barədə fikirlərini təqdim edir.

 

Əməliyyatsız burun və sinə estetikasına olan tələb hər gün bir az daha artır. Əməliyyat olmaqdan qorxan və tikişsiz estetikanın daha təbii görünəcəyini düşünən bir çox insan məhz bu üsula üstünlük verir. Həkim bildirir ki, dolğu inyeksiyası vasitəsilə bir çox estetik işləri əməliyyatsız həyata keçirmək mümkündür: "Dolğu üsulu ilə qırış müalicəsi uzun illərdir ki, tətbiq edilir. Son illər burun və sinə estetikasında bundan istifadə populyardır. Dolğu üsulu sinə böyütmə və bəzi burun qüsurlarının aradan qaldırılmasında olduqca uğurlu formada tətbiq edilə bilər”.

 

Dolğu inyeksiyası ilə döşlərin əməliyyatsız böyüdülməsi

Dolğu inyeksiyası üsulunu daha çox nişan, toy, hər hansı xüsusi günlərə qatılmaq və bir neçə dəqiqə içərisində estetik baxımdan gözəl görünmək istəyən insanlar daha çox istəyir. İmplant ilə qalıcı olaraq sinə böyütmə üsulu üçün kifayət qədər vaxtı olmayan bir çox qadın dolğu inyeksiyası üsulu ilə döşlərini dolğunlaşdırmağı üstün tutur. G. Öztürk orta hesabla 10-15 dəqiqə davam edən dolğu inyeksiyası ilə qadınların döşlərini böyüdə biləcəyini vurğulayıb: "Nəticənin dərhal görünməsi və əməliyyatdan sonra yaxşılaşma müddətinin çox qısa olması bu üsulun ən üstün tərəfləridir. Ancaq bu üsuldan istifadə etmək istəyən qadınların kifayət qədər döş toxuması olmalıdır. Sinəsi həddən artıq kiçik olan və ya kifayət qədər döş toxuması olmayan qadınlar üçün dolğu inyeksiyası yerinə implant üsulu tətbiq edilməlidir. Hansı üsulun sizin üçün daha uyğun olduğunu öyrənmək üçün plastik-estetik uzmanın müayinəsindən keçməniz vacibdir”.

 

Əməliyyatsız burun estetikası

Aşağıya doğru enən burun ucu, burun kəməri kimi bir çox burun estetikasını da dolğu inyeksiyası üsulu ilə yerinə yetirmək olar. Bütün dolğu inyeksiyası əməliyyatlarında olduğu kimi, burun estetikası da 15-20 dəqiqə içərisində həyata keçirilir. Həkimin sözlərinə görə, bu əməliyyatın da nəticəsi dərhal özünü göstərir: "Əməliyyatdan dərhal sonra insan istədiyi nəticəni əldə edir və yaxşılaşma üçün vaxt tələb olunmur. Bu da  üsulun üstünlüklərindən biridir. Burnunu balacalaşdırmaq istəyən insanlar da dolğu inyeksiyasından faydalana bilərlər. Bədənin təbii quruluşunda olan hialuron turşusu dolğu vəsaiti kimi istifadə edilir. Lakin bu üsulun ildə bir dəfə təkrarlanması lazımdır. Çünki qalıcı üsul deyil. Həmçinin növbəti dolğu inyeksiyası zamanı razı qalmadığınız tərəfləri düzəldə bilərsiniz”. //Aile.lent.az

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 13 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri