Toyunuzda Sizi Gözəl Göstərəcək 7 Addım

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 949
Səs ver:
(səs: 0)
6 həftədə bədən quruluşunuzun istədiyiniz kimi olmağı üçün qeyri adi pəhrizlərə ehtiyac yoxdurToy mövsümüdür və gəlin namizədləri ən gözəl günlərində qüsursuz görünməyə çalışır. Mütəxəssislər 7 sadə addımla toy gününüzdə gözəl görünə biləcəyinizi bildirir..Hər bir gəlin, toyunda çox gözəl görünmək istəyir. Gözəl dərinizin, parlayan həcmli saçlarınızın və ən əhəmiyyətlisi göz oxşayan bədən quruluşunuzun olmağı artıq düşündüyünüz qədər çətin deyil. Gözəl görünməyiniz üçün sizi haldan salan, solğun görünmənizə səbəb olan az enerjili qeyri-adi pəhrizlərə ehtiyac yoxdur.Əgər toyunuz yaxınlaşırsa həyacanlanmaq lazım deyil, sadə üsullardan istifadə edərək ən gözəl gəlinsiz ola bilərsiniz.Toy gününüzdə gözəl görünməyinizə kömək edəcək 7 addım …

1 – Hazırsan başlayaq:
Əgər vaxtınız dəyərlidirsə ondan düzgün istifadə etməlisiniz. İdeal çəkiniz neçə kq-dır və ideal çəkini əldə etməyiniz üçün neçə kq arıqlamalısınız, əvvəlcə bunu müəyyən edin. Həftədə 0,5-1 kq arıqlamağı hədəfləyərək neçə həftəyə ehtiyacınız olduğunu təyin edib, diyetaya başlamaq tarixinə qərar verə bilərsiniz.

2 – Yaxşı qidalanın:
Yaxşı qidalanmaq o deməkdir ki, qida dəyəri çox olan qidalar qəbul edin. Təzə tərəvəz və meyvələr, tam taxıllılar, aşağı yağlı süd məhsullarıyla balanslı və sağlam qidalanmaq, emal edilmiş qidaları qida rasionunuzdan mümkün olduğunca uzaqlaşdırmaq, enerji səviyyənizi qorumanıza kömək edəcək. Bundan başqazamanın keçməsinə baxmayaraq orqanizminizdə maddələr mübadiləsinin sürətinə mane olmayacaq.

3 – Çox miqdarda su için:
Hər gün 8 stəkana yaxın su içmək, bədəndəki toksinlərdən aza olmağınıza kömək edərək eyni zamanda özünüzü toxhiss etmənizi təmin edəcək. Sağlam və balanslı bir diyeta ilə yanaşı bol su içərəkgözəl bədən quruluşu əldə edəcəksiniz eyni zamanda, işıldayan dəri, parlaq saçlar, güclü dırnaqlara da sahib olacaqsınız. Makiyajınızın miqdarı nə qədər olursa, olsun ətrafınıza işıq saçtığınızı hiss edəcəksiniz.

4 – Qollarınıza forma verin:
Həmişə xəyalınızda askısız gəlin paltarı olub, amma qollarınızın necə görünəcəyi sizi narahat edirmi? Narahatlığa heç ehtiyac yoxdur. Ağır olmayan və tez- tez təkrarlayaraq edəcəyiniz idman hərəkətləri nəticəsində qollarınız istədiyiniz formanı alacaq siz də xəyallarınızın gəlinliyini geyinib özünüzüdaha xoşbəxt hiss edəcəksiniz.
6 həftə heç də qısa müddət deyil. İstər idman salonunda, istər hovuzda, istər çöldə sürətli gəzməklə də bədəninizin formasını gözəlləşdirə bilərsiniz..

5 – Kömək istəyin:
Rəfiqələrinizdən, yoldaşlarınızdan, ailə üzvlərindən, nizamlı idman və sağlam qidalanma ilə bağlı sizi həvəsləndirmələriüçün kömək istəyin. Demək olar ki, hər kəs toya qədər arıqlamaq istəyir və bunusınayır. Buna görə də onlar, sizə ehtiyacınız olan bütün dəstəyi göstərəcəklər..

6 – Diyeta mütəxəssisinə müraciət edin:
6 həftədə rahat 4,5 -5 kq çəki itirib, gəlinliyinizi geyinəndə çox gözəl görünə bilərsiniz. Qidalanma üzrə mütəxəssislərinin məxsusi sizə uyğun olaraq hazırladığı qidalanma proqramlarıyla ideal çəkinizi əldə etməyi hədəfləməklə yanaşı, sizin üçün hazırlayacaqları alış-veriş siyahıları və yemək reseptləri də işinizi asanlaşdıracaq. Özünüzü hazır hiss etdiyiniz an ən yaxınınızdaki qidalanma mütəxəssisinə müraciət edərək dietaya başlaya bilərsiniz.

7 – Gülümsəyin:
O böyük gündən və bu günə hazırlaşdığınız hər dəqiqədən zövq alın! Toy günü gəldi və bütün hazırlıqları bitirdiniz, hər şey böyükdür. Hər şeyin mükəmməl olmağı üçün o qədər çox çalışmısınız ki, təbii ki hər şeyin ideal olmağı üçün əvvəlcə özünüzü yaxşı , sağlam formada və gözəl hiss etməlisiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri