Gözəlliyimizə zərər verən ərzaqlar

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 1 897
Səs ver:
(səs: 0)
Gözəlliyimizə təkcə xarici faktorlardan əlavə daxili faktorlar da təsir göstərir. Diyetoloqlar aşağıdaki ərzaqların qəbul edilmə miqdarına diqqət etməyi məsləhət görür:

Qəhvə qırışların yaranmasına və dərinin erkən yaşlanmasına yol açır. Bizi gumrahlaşdırarkən o, gözəlliyimizi taqətdən salır, kortizol ifrazını sürətləndirərək stresə səbəb olur.
Şirniyyatlar belimizin incəliyi ilə yanaşı, həm də dərimizin sağlamlığını əlimizdən alır. O, dəri quruluğuna və qırışların yaranmasına səbəb olur. Bununla iş bitmir: şirniyyatlar saçların tökülməsini də gücləndirir.
Süd isə üzümüzdə şişkinlik və səpkilərə gətirib çıxar bilər.
Saçlarınızın tez yağlanırsa yağlı ətlərdən imtina edin. Onlar bu problemi qəlizləşdirir.
Sitrus meyvələri diş minasına zərər verir. Bu səbəbdən də, portağal və naringidən zövq aldıqdan sonra ağzınızı yaxalamağı unutmayın.
Çay isə dişlərin saralmasına səbəb olur.
Şirin qazlı içkilərin aludəçisisinizsə, dırnaqlarınızın qırılmasına təəccüblənməyin. Bunun ikinci səbəbi duzlu qidalardır.
Yox, bu o demək deyil ki, siz saydığımız ərzaqları qara siyahıya salmalısınız. Unutmayın ki, hər şey Nizami Gəncəvinin vurğuladığı kimi, normada gözəldir: bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri