Dodaqları daha dolğun göstərməyin 15 variantı!

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 3 804
Səs ver:
(səs: 0)
Qadınların diqqət çəkən bədən üzvlərindən biri də dodaqlarıdır. Dolğun və gözəl dodaqlara sahib olmaq isə hər qadının arzusudur.

– Dodaq boyası, ya da parıldadıcıdan əvvəl çəkilən dodaq nəmləndiricisi həm dodaqlarınızı yumşaldır, həm də mükəmməl bir baza yaradır.
– Boyanız çox parlaqdırsa, əvvəlcə çox nazik bir qat sürtün. Sonra boyanı dodaqlarınıza yayın.
– Dodaqlarınızın daha dolğun görünməsi üçün iki qat dodaq boyası çəkin. Bütünlüklə tünd bir ton, ortası üçün isə açıq bir tonda boya çəkin. Sonra ikisini bir-birinə qarışdırın.
– Dodaqlarınızın mat bir ton alması üçün boyanın başına balaca çimdik pudra sürtün və 1 dəqiqə gözləyin. Sonra artıqları fırçalayın.
– Təcili durumdur və əlinizin altında dodaq boyası yoxdursa, vazelin və xoşladığınız rəng göz kölgəsini qarışdırıb çəkin.
– Dodaq qələmi çəkərkən yanlışlıq olmasın deyə dodaq boyası ilə uyğun tonda alın.
– Vurmaq istəmədiyiniz fərqli rənglərdəki dodaq qələmlərini dodaqlarınızda qarışdıraraq yeni tonlar əldə edə bilərsiniz.
– Ombre dodaqlar: dodaqlarınızın künclərini və kənarlarını mərkəzdən daha tünd edin. Ton keçidi çox yumşaq olmalıdır.
– Dodaqlarınızın sadəcə ortasını parıldadaraq, nazik dodaqlarınızı daha dolğun göstərə bilərsiniz.
– Üzərinə nazik bir qat pudra vursanız, dodaq parıldadıcısı ləkələnməz.
– Təbii parıltı qazanmaq üçün isə dodaqlarınızın mərkəzinə aydınladıcı vurun.
– Dodaq qələmə ili dodaq xəttinin üzərinə bir xətt çəkin və qalan bölgəni dodaq boyası ilə doldurun. Dodaqları vurğulamaq üçün idealdır.
– Əgər geyim stiliniz tələb etmirsə, tünd rəng dodaq boyası vurmayın. Bu rənglər dodaqları daha nazik göstərir.
– Dodaqlarınızın yumşaq və həssas olması üçün dodaqlarınızı mütəmadi fırçalayın.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri