Monika Belucci gözəllik sirlərini bölüşdü

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 763
Səs ver:
(səs: 0)
Dünyaşöhrətli italyan ulduzu Monika Belluççi 53 yaşına rəğmən cavan qalmasının sirrini bölüşüb.

Aktrisanın gözəllik sirləri haqda məlumat verib.

1. Arzuolunan idman: “Mən hər gün idmanla məşğul olmağı sevmirəm. Onsuz da arıq olmayacam. Bədən quruluşum belədir. Amma sağlamlıq üçün idman vacibdir”.

2. Nə ac qalmaq olmaz, nə də çox yemək – Monika dadlı yeməkləri sevir. Heç vaxt dieta saxlamır. Amma çox da yemir. Əgər arıqlamaq lazım gəlirsə, onda bir müddət tərəvəz və balıqla qidalanır.

3. Şirniyyatsız olmaz – italiyalı biri kimi Monika da şokoladı, tortu çox sevir. Onun bədən quruluşuna baxanda bunu demək olmaz, amma sənətçi şərabla şokoladı çox sevir.

4. Su – bir çox qadınlar kimi Belluçi də hesab edir ki, çoxlu su içmək gözəlliyin əsas əlamətidir. 5. Dəriyə qulluq – Monika gününü soyuq duş qəbul etməklə başlayır. Daha sonra dərisinə nəmləndirici krem vurur. Aktrisanın sözlərinə görə, o, makiyaj üçün aldığı ləvazimatlara xüsusi diqqət yetirir. Dərisinin parlaq görünməsi üçün əlindən gələni edir.

6. Qara rəng – Monika düşünür ki, bu rəng qadını həm zərif göstərir, həm də cazibədar. 7. Özünü olduğu kimi qəbul etmək: “Cavan qızlara da həmişə məsləhət görürəm ki, özlərini sevsinlər və olduğu kimi qəbul etsinlər. Əsas o deyil ki, sən arıq olasan. Kök olub, seksual görünə bilərsən. Əsas odur ki, bədənini sevə biləsən və onu sevdirəsən”.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 763
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri