Məşhur supermodel Gigi Hadid gözəllik sirlərini açıqladı

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 399
Səs ver:
(səs: 0)
Gözəlliyə baxın – həqiqətən də Gigi Hadidin gözəlliyi insanı valeh edir. İnternetdə bir az axtarış keçirəndən sonra dünyanın ən məşhur supermodelinin hansı gözəllik sirrlərindən istifadə etdiyini öyrəndik.

1. “Saçınızı hər gün yumayın”
Mən hər gün saçımı yumuram və onlar buna görə də sağlamdır. Mən hiss edirəm ki, saçı tez-tez yumaq onların qurumasına səbəb olur.

2. “Üzünüzdəki sızanaqlara diş məcunu (pasta) sürtün”
Anam həmişə mənə öyrədib ki, gecə saatlarında sızanaqlara diş pastası tətbiq edilməlidir. Mən hər zaman bunu edirəm. Sızanaqlarım çıxdığı zaman xüsusi bir şey istifadə etmirəm.

3. “Qaşların təbii formasına toxunmayın”
Mən qaşlarıma toxunmuram. Bəzən çəkilişlər zamanı onları altından aldırıram, amma kimsənin formalarına müdaxilə etməsinə icazə vermirəm.

4. “Əgər yorğunsunuzsa, üzünüzü duşla yuyun”
Mən ərik skrabını çox sevirəm. O, çox yaxşıdır. Mən duşa girəndə ondan istifadə edirəm, çünki yorğunamsa, üzümü yumaq üçün çox vaxt sərf edirəm.

5. “Parlaq makyaj = daha çox nəmləndirici”
Düşünürəm ki, mənim üzümdə nə qədər parlaq makyaj varsa, bir o qədər də, nəmləndirici sürtmək məcburiyyətindəyəm.

6. “Makyajınızı mümkün qədər sadə edin”
Mənim əsas istifadə etdiklərim tonal kremi, bronz və maskaradır. Hesab edirəm ki, mən və bacım Bella Hadidin elə üz forması var ki?, çox makyaj etsək və bu işdə peşəkar bir makyaj ustası deyiliksə, makyaj çox pis görünəcəkdir.

7. “Sağlam qidalanın (fast foodu bacardıqca az yeyin)”
Qadınlara məsləhətim odur ki, formada qalmaq üçün məşq edin və düzgün qidalanın, pozitiv qalmaq üçün sevdiyiniz qidanı yeyin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri