Təbii gözəllik təklifləri və maskalar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1499
Paylaş:
Səs ver:
(səs: 0)

Gözlərinizi südlə rahatlaşdırın!
Sual: İşimə görə gün boyu davamlı kompüter qarşısındayam. Gözlərim çox yorulur və yorğunluqdan göynəyir. Göz sağlamlığımı necə qoruyum?
Cavab: Üç yemək qaşığı süd və suyu qarışdırın. Bu qarışığı üç ədəd buz qəlibinin içinə qoyub dondurun. Pambıq pedlərin içinə yerləşdirib gündə 10 dəqiqə gözlərinin üzərində gözlədin. Bu düstur, gözlərinin yorğunluğunu götürəcək.
Boyalı saçlara lavanda maskası!
Sual: Davamlı boya etdirdiyim üçün saçlarım çox sərtləşib. Onlara canlılıq vermək və yumuşaltmaq üçün nə edim?
Cavab: 200 qram quyruq yağını əridib süzün. İlıq olanda içinə bir çay qaşığı lavanda, dörd damla kəklikotu yağı, bir yemək qaşığı bal və bir yemək qaşığı süd qarışdırın. Bu qarışığı saçlarınıza yedirin. Streçlə bürüyüb bir saat gözləyin. Açdıqdan sonra isti dəsmala bürüyün. 15 dəqiqə sonra saçlarınızı, saç quruluşunuza uyğun bir şampunla yuyun. Bu düsturu həftədə bir dəfə tətbiq edin.
Gözaltı qara halqaların dərmanı kartof!
Sual: Göz altında yorğunluqdan qara halqalar meydana gəlir. Bunları necə yox edə bilərəm?
Cavab: Əgər göz altında qara və ya tünd halqalar varsa, bir kartofu rəndələyib tənzifin arasında 30 dəqiqə saxlayın. Hər axşam bu rəndədən bir çay qaşığı götürüb bərabər miqdarda limon suyu və şirin badam yağıyla qarışdırın. Sonra da göz altına çəkin. Sizi narahat edən qara halqalar, bir neçə tətbiqdən sonra yüngülləşməyə və yox olmağa başlayacaq.
Allergik dərilərin dərmanı razyanadır!
Sual: Çox allergik bir üzüm var və toxunduğum zaman qabarır. Bu problemin qarşısını almaq  üçün nə edə bilərəm?
Cavab: Bir paket razyananı bir fincan isti suyun içində çay kimi dəmləyin. Bundan bir yemək qaşığı götürüb, bir yemək qaşığı bal və bir yemək qaşığı qatıqla qarışdırın. Bu düsturu əvvəl yanağınıza tətbiq edin. İşə yarayarsa, bütün üzünüzə çəkin və 15 dəqiqə gözlədin. Üzünüzü əvvəl ilıq, sonra soyuq suyla yuyun. Bu düsturu həftədə iki dəfə tətbiq edin. Həkimə getməyə də laqeyd yanaşmayın.

 

Redakte etdi: PRETTY GİRL


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1499
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv