Gözəllik təbii qidalardan başlayır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 097
Səs ver:
(səs: 0)
Gözəl görünməyi,təravətli dəriyə sahib olmağı kim istəməz ki.
Bu gözəlliklərə çatmaq isə öz əlimizdədir.

Gözəlliki təkcə krem və kosmetkada,ya da ətirlərdə axtarmaq doğru deyil.
Dərinin təravətli olmasına,qırışların aradan qalxmasına təbii yolla da nail olmaq mümkündür.
Bu işdə qidalanma da az rol oynamir.Bu səbəbdən vitaminlə zəngin olan meyvə və göyərtilər dərinin sağlam olması üçün az əhəmiyyət daşımır.Tərkibində inqredientlər
olan hazır yeməklər,eləcədə hisə verilmiş ət,soyuducuda uzun müddət saxlanılmış xörəklər dəri üçün son dərəcə təhlükəlidir.
Həm organizm,həm də canlı və parlaq dəri üçün bol miqdarda çiy meyvə,göyərti,eləcədə meyvə-tərəvəz sularindan istifadə etmək məsləhətdir.
Çiy meyvə-tərəvəz məhsulları dərini qoruyur,təzələyir,elastikliyini təmin edir.
Ən təsirli dəri "krem"lərindən biri də sudur.
Tərləyərkən bədəndəki toksinkər,artıq maddələr dəri vasitəsilə xaric olunur.
Bu bir faktdır ki, insan qocaldıqca dəri öz elastikliyini və rütubətliyini itirir.
Bunun qarşısını almaq üçün isə bolluca su içmək lazımdır.Ancaq qazlı sular istisna olmaqla.
Çünki qazlı sular sidikqoruyucu xassəyə malik olduğu üçün su itkisinə səbəb olur.
C vitamini dərinin elastikliyini artırdığı üçün tərkibində bu vitamin olan məhsullardan istifadə etmək lazımdır.
Maqnezium orqanizmdəki artıq maddələrin xaric edilməsinə kömək edir,bədəni həddən çox duz və digər toksinlərdən təmizləyərək
hüceyrələrin rahat fəailiyyətinə şərait yaradır.

Qısası, qidalanarkən meyvə və göyərtilərdən daha çox istifadə edin ki, daha gözəl,təravətli
dəriyə sahib olasız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri