Həm qısa boylu, həm də kilolu qadınlara yaraşacaq geyimlər

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 7 020
Səs ver:
(səs: 0)
Həm qısa boylu, həm də kilolu qadınlara yaraşacaq geyimlər hansılardır? Bu bədən quruluşuna sahib olan xanımlar geyimlərini necə kombinasiya edə bilərlər?

Qısa boylu, böyük bədən xanımlar üçün əvəzolunmaz geyimlərdən biri donlardır. Ancaq donların tamamilə bədənlərinə uyğun olması vacibdir. Bu donlar nə dar, nə də çox geniş olmamalıdır. Tamamilə bədən cizgilərini ortaya çıxarmalı, ancaq problemli hissələri gizlədə bilməlidir.
Geyimin uzunluğuna gəldikdə isə qısa boylu olduğunuz üçün dizdə və dizüstü donlar və ya ətəklər geyinmək məsləhətdir. Gözəl, incə topuqlu bir ayaqqabı ilə kombinasiya etdikdə görüntü daha xoş olacaqdır.

Pencəklərdə isə seçim qısa pencəklər olmalıdır. Tək düyməli pencək ola bilər. Bədən formanıza uyğun pencəklər bədəninizə oturaraq, daha incə görünməyinizi təmin edəcək və bel xəttinizi ön plana çıxaracaqdır. Pencəklərin don və ya ətəklərlə dəstləşdirilməsi də olduqca asandır. Bundan əlavə, şalvar geyindiyiniz vaxt ayaqqabının şalvarınızın rəngi ilə eyni rəng olmasına diqqət edə bilərsiniz. Xüsusilə ayaqqabınız dikdabandırsa, belə seçim sizi olduğunuzdan daha uzun göstərəcəkdir. Dikdaban ayaqqabılar xüsusilə qısa boylu xanımların işinə yarayan aksesuarlardan biridir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri