Makiyajın tarixi

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 4 564
Səs ver:
(səs: 1)
Günümüzdə kosmetik vasitələr demək olar ki, bütün qadınlara tanışdır. Bəs, kosmetikanın tarixi haqqında necə, məlumatınız varmı? Əgər bu haqda kifayət qədər məlumatlı deyilsinizsə, o zaman, gəlin, makiyajın tarixinə birlikdə nəzər salaq.

Tarixən makiyaja münasibət birmənalı olmamışdır. Məsələn, bəzi Afrika ölkələrində kişilər də kosmetik vasitələrlə üzlərini boyayaraq düşməndən qorunmaq, üzünü gizlətmək məqsədilə istifadə edirlər. Eyni zamanda bir çox dini ayinlərlə əlaqədar olaraq üzü boyamaq Afrika tayfaları arasında geniş yayılıb. Lakin sırf gözəllik məqsədilə kosmetikaya ehtiyac qədim Misirdə yaranmışdır. Kleopatranı ilkin gözəllik reseptlərinin banisi adlandırmaq olar. Belə ki, misirli xanımlar hələ ta qədimdən gözəlliyə can atmışlar. Onlar ilk dəfə müasir kirşanı xatırladan əhəngli tozdan istifadə edirdilər. Göz kölgələrini isə his, kül əvəz edirdi. Dəmir oksid və gil qarışığından əldə etdikləri məhlulla dodaqlarını, müxtəlif yabanı meyvələrin şirəsi ilə yanaqlarını, təbii həna ilə isə əl-ayaqlarını boyayırdılar.

Misirdən sonra qədim Yunanıstan və Romada da kosmetik vasitələr yaratmağa maraq artdı. Kosmetika sözü elə yunan sözü olub "cosmo"- yəni boyama sənəti adlanır. Makedoniyalı İsgəndərin sarayındakı çinli qadınlar kosmetikaya daha çox meylli idilər. Onlar nəinki üzlərini boyayır, eyni zamanda saç rənglərini də açır, kül və yumurta ağının qarışımından hazırladıqları məhlulla kirpiklərini boyayırdılar. Həddi buluğa çatmış hər bir qız kosmetikadan istifadə edə bilərdi. Romalılar isə ilk dəfə olaraq müasir şampun, sabun, losyona bənzər müalicəvi kosmetik vasitələr yaratdılar. Romalılar masaja çox önəm verirdilər. Gözəlləşmək məqsədilə süd və süd məhsullarından qida kimi çox istifadə edirdilər. Eyni zamanda zəngin romalı xanımlar dişi uzunqulağın südündə vanna qəbul edirdilər. Romada ağdərili qadınlar daha gözəl hesab edilirdi.

Saç rənglərini saraltmaq üçün baş dərilərini sabun, keçi südü və fıstıq ağacının külündən hazırlanmış xüsusi məhlula batırılmış süngər ilə sürtürdülər. Daha sonra saçlarını təbii gün işığında qurudurdular. İntibah dövründən başlayaraq kosmetik vasitələrdən istifadə qərbi Avropaya yayılmağa başladı. Müasir dekorativ kosmetikadan xüsusilə fransızlar istifadə edirdilər. Çox maraqlıdır ki, o dövrdə fransız qadınları müalicəvi və ya qulluq vasitələri sayılan kosmetikadan qətiyyən istifadə etmirdilər. Yalnız gözəl görünmək üçün dekorativ kosmetika istifadə edirdilər.

Ekaterina Mediçinin sarayında kosmetika istifadəsi aristokratlıq əlaməti hesab olunurdu. Baxmayaraq ki, bu cür kosmetikalar dərini tez qocaldırdı, fransız xanımları aristokrat görünüş qazanmaq üçün hər cür qurbana hazır idilər. Onlar qaşlarını tamamilə alırdılar və həmin nahiyədə tük çıxmasın deyə alınlarına əhəng və auripiqment adlı məhlul qarışığını sürtürdülər.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri