Qabartma tozunun kosmetik faydaları

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 4 999
Səs ver:
(səs: 1)
Qabartma tozunu təmizləyici kimi istifadə edə biləcəyiniz müxtəlif metodları təqdim edirik.

1. Sızanaqlarla mübarizə aparır
Dərini sızanaqların yox olması üçün sərt kimyəvi maddələrdən istifadə etməyinizə gərək yoxdur. Qabartma tozu sızanaqları həm qurudur, həm də dərinin pH səviyyəsini tənzimləyir. Quruluğun qarşısını alır. Bir çay qaşığı suya 2 çay qaşığı qabartma tozu qarışdırıb üzünüzü silərək effektiv nəticələr əldə edə bilərsiniz.

2. Dişləri ağardır
Qabartma tozunun digər bir özəlliyi isə dişləri ağartmasıdır. 1 yemək qaşığı qabartma tozu ilə dişlərinizi fırçalayın, 5 dəqiqə gözləyin və yuyun.

3. Dərini nəmləndirir
Nəmləndirici kremin içinə bir miqdar qabartma tozu əlavə edin. Cildinizin quru bölgələri bu qarışıq sayəsində uzun müddət təravətini saxlayacaq.

4. Dırnaqlara qulluq edir
Əllərinizi qabartma tozu əlavə edilmiş suyun içində saxlayın. Bunun sayəsində əllərinizdə mikroblar təmizlənəcək, dırnaqlarınızdakı sarı ləkələr yox olacaq.

5. Dəri rənginin tonunu açır
Daha parlaq dəri tonuna sahib olmaq istəyirsinizsə, qabartma tozu sizin üçün son dərəcə sadə və sağlam metod ola bilər. Az miqdarda suya iki yemək qaşığı qabartma tozu əlavə edin və yaxşıca qarışdırın. Qarışığı 1 dəqiqə ərzində üzünüzə masajla yeridin. Maskanı 5 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Bunu həftədə 1 dəfə yoxlayın.

6. Günəş şüalarının yanıqlarını müalicə edir
Günəş şüalarından zədələnən dəriyə fayda verir. 1 fincan suya 2 yemək qaşığı qabartma tozu əlavə edib qarışdırın. Təmiz bezi suya çəkib yanıq olan bölgələrə qoyun. 10 dəqiqə gözləyin. Gündə 2 dəfə tətbiq etsəniz, yaxşı nəticə əldə edəcəksiniz.

7. Bədəndəki pis qoxuların qarşısını alır
Yorucu və isti günlərdə tərləyirik və buna görə bədəndə xoşagəlməz qoxu əmələ gəlir. Qabartma tozunun antiperspirant təsiri yaratmasını istəyirsinizsə, onu xəmir halına gələnə qədər qarışdırın və tərləyən nahiyələrinizə sürtün.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri