Yayda ayaqlara necə qulluq edilməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 663
Səs ver:
(səs: 3)
Ayaqda yaranan problemləri aradan qaldırmaq artıq çox rahatdır. Gigiyenanın ən əsas şərtlərindən biri ayaq baxımıdır və düşünüldüyü qədər də çətin deyil. Evdə etməsi mümkün olan rahat üsullar sayəsində ayaqlarınız mütəxəssis əlindən çıxmış kimi qüsursuz görünəcək. 

Barmaq araları da daxil olmaqla hər yeri yaxşıca qurulayın. Daha sonra nəmləndirici krem çəkin. 

Ayaq dırnaqlarınızı düz yox, yumru kəsin. Dırnağın yanındakı ətləri isə qətiyyən kəsməyin. Bu üsul dırnaqlarınızın daha çox uzanmasına səbəb olur.

Ayaqlarınızı ilıq suda sabunlu su ilə yuyun. Bunu etdikdən sonra soyuq su ilə durulayıb dəsmalla ayaq barmaqlarınızın arasını da daxil olmaqla yaxşıca qurulayın. Daha sonra nəmləndirici krem çəkin. 

Ayaqlarınızı daban daşı ilə masaj edin. Bu daş ayaqların rahat təmizləməsinə yardım edir. Ölü dərilərin vücudunuzdan atılmasına və dərinin rahat nəfəs olmasına yardım edir. Bundan sonra ayaqları bir müddət isti suda saxlayın. Bu üsul isə ayaqları yumşaldır. 

Ayaq biləyinizdən başlayaraq dizə doğru masaj edin. Bu masaj qan dövranını sürətləndirir ayaqlardakı şişləri və ağrıları yox edir. 

Yatmazdan əvvəl ayaqlarınıza çəkdiyiniz nəmləndirici kremlərə diqqət edin. Barmaq aralarına çəkməyin. Çünki nəmli qalan bu bölgələrdə göbələk xəstəliyi yarana bilər. 

Yatmazdan əvvəl ayaqlara nəmləndirici çəkdikdən sonra pambıq corab geyinin. Oyandığınız zaman ayaqlarınızın da pambıq kimi yumşaq olduğunu görəcəksiniz. 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 6 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri