Dərinizin 5 düşməni var

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 945
Səs ver:
(səs: 2)
Bəlkə də fərqində olmadan etdiyiniz səhvlər dərinizə zərər verir və hamar bir bədənə sahib olmanıza maneə törədir. Nə qədər qulluq etsəniz edin bu beş səhvə yol verdiyinizdə zərər görən dəriniz özünü yığışdıra bilmir.

 

Makiyajla yatmaq

Makiyajla yatmaq, dərinizə düşündüyünzdən  daha çox zərər verir. Dərinizə işgəncə etmək istəyirsinizsə, makiyajınızı silmədən yata bilərsiniz təbii.

Makiyajınızın içindəki yağlar, maddələr, hamısı dərinizə işləyir və tıxanmış məsamələrlə birlikdə dəri problemlərinin önünü açır.

 


 

 


Tarixi keçmiş kosmetik məhsul

Dəri baxımında istifadə etdiyiniz məhsulların istehsal tarixinə və son istifadə etmə tarixinə mütləq diqqət edin. Bir məhsulu açdıqdan sonra ən çox 12 ay istifadə edin. 

Məhsulların son istifadə tarixi dolunca,tərkibindəki  maddələrin faydası itər və zərərli ola biləcək qarlılıqlı təsirə girə bilərlər.
Makiyaj dəstinin üzərində istifadə etmə təlimatı varsa, onları diqqətlə oxuyun.

 


Makiyaj təzələmə

Gün boyunca makiyaj təzələmənin dərinizə nə qədər zərər verdiyini xəyal belə edə bilməzsiniz. Üst üstə tətbiq olunan tonal krem, ənlik kimi kosmetiklər dərini bağlayaraq sızanaq, səpgi kimi problemlərə səbəb olar.

Makiyaj təzələmək yerinə, dərinizi təmizləyin və təmiz dəriyə təkrar makiyaj edin.

 


Çox peeling

Peeling dəri baxımında əhəmiyyətli bir nöqtə olsa da, həddindən artığı da dəri üçün zərərlidir. Dəri səthini çox ovalamaq dərini həm zədələyər, həm də yağ problemini daha çox artırar. 

Beləcə daha çox dəri problemlə məşğul olmaq məcburiyyətində qala bilərsiniz.

Üzünüzə zərif bir şəkildə, yəni yüngül barmaq ucu toxunuşlarla peeling tətbiq edin, əsla sərt etməyin və dərinizi ovalamayın.

 


Çirkli makiyaj fırçası

Makiyaj fırçalarını arada təmizləməlisiniz. Fırçalarınızı ilıq su və sabunla ayda bir dəfə yuyun. Beləcə üstlərində yığılan və bakteriya meydana gətirən çirklərdən təmizlənmiş olarlar.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri