Ziyafət geyimi necə seçilməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 500
Səs ver:
(səs: 6)

Hər bir qadın diqqət çəkmək və gözəl görünmək üçün müxtəlif üsullara əl atır və istəyinə hər hansı bir yolla çatmağa çalışır. Baxımlı görünmək xanımlar üçün həqiqətən də çox önəmlidir. Həmcinslərindən hər zaman fərqlənməyə çalışan xanımlara mütəxəssislər ziyafət geyimi seçimində bəzi məsləhət veriblər.

Ən uğurlu ziyafət geyimi məhz dəri rənginə uyğun seçiləndir.

Gözəl görünüş əldə etmək arzusundasınızsa o zaman dəri rənginizi bilməli və ona uyğun olanı geyinməlisiniz. Dəri rəngi deyiləndə gözlərin və saçın da rəngi bura aiddir. Qara saçlı buğdayı xanımlara demək olar ki, bütün rənglər yaraşır. Onlar ağ və qıpqırmızı rənglərə üz tutsalar bu uğurlu seçim hesab edilə bilər.

Dərisi açıq rəngli olan xanımlar paltar seçimi edərkən saçın rənginə mütləq diqqət yetirməlidirlər. Sarışınlara çəhrayı rəngin bütün tonları yaraşır. Onlar çox açıq rənglərdən qaçmalıdırlar.

Açıq dərisi olan və qırmızı saça sahib olan xanımlar açıq yaşıl, sarının tünd tonları, mərcan və boz tonlarını seçə bilərlər. Buğdayi və sarışınlar çəhrayı və açıqmavi rənglərdən istifadə etsələr bu onlara çox gözəl yaraşar.

(səs: 6)
Şərhlər: 7
Baxılıb: 9 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri