Belə bir
deyim var: Topuqlu ayaqqabıları kişilər yaradıb ki, qadınlar onlardan
uzağa qaça bilməsin! Bunu ciddi qəbul etməsək də, burda çox böyük
həqiqət var. Mütəmadi olraq topuqlu ayaqqabı geyinən qadınların rahat
gəzməsi ilə bağlı ciddi problemləri olur.
Topuqlu
ayaqqabılar qadınları həm də çox seksual göstərir. Aparılan bir
araşdırmada məlum olmuşdu ki, topuqlu ayaqqabıların seksual olmasının
səbəbi, bu ayaqqabıların qadın ayağını orqazm olanda aldığı formanı
xatırladır.
Fiziologiya dərsi
Topuqlu
ayaqqabı qadın ayaqlarını nə qədər gözəl göstərsə də, 10 santimetrlik
topuq çox sərt səslənir. Dabanın orqanizm üçün qeyri-təbbi olan
yüksəkliyə qalxması, bədənin ağırlığının pəncənin üzərinə düşməsinə
səbəb olur. Beləliklə, ayağın altında hamarlaşma yaranır. Ayağa
göstərilən təzyiq nəticəsində ayaqda döyənək və barmaqlarda yastılanma
müşahidə olunur. Baş barmaqlar deformasiyaya uğrayır, şişlər əmələ gəlir
və ayaqqabıdan çölə çıxmağa başlayır. Ayaqlar daimi gərginlikdə
olduğundan əzələlərdə ağırlaşma gedir və bu da son zamanlar haqqında çox
eşitdiyimiz varikoz damar genişlənməsinə səbəb olur. Ayaqlara bu cür
ağırlığın düşməsi həmçinin yuxarı orqanların, xüsusilə də onurğanın
zədələnməsinə şərait yaradır. Əks cinsin nümayəndələri üçün topuqlu
ayaqqabı geyinmiş qadın seksual görsənsə də, əslində, qadının daxili
orqanları bundan çox böyük ziyan görürür.
Ayaqlara necə qulluq göstərməli?
Siz
hündürdaban ayaqqabı geyinməyə öyrəşmisiniz, qarderobunuz bu
ayaqqabılarla doludur. İş həyatınızda rəsmi "dress-kod” üçün onlardan
imtina edə bilmirsiz. Belə olan halda çalışın ki, 5-7 sm hündürlükdən
çox olmayan ayaqqabılara üstünlük verəsiniz. Bu, ayaqqabılar üçün
göstərilən ideal hündürlük hesab olunur. Həmişə çalışın ki,
ayaqqabıların xüsusi içliyi olsun. Stol arxasında oturanda isə
ayaqqabıları çıxartmaq daha məsləhətdir. Evdə olan zaman çalışın ki,
uzanasınız və ayaqlarınızı düzbucaq formada qaldırasınız. Bu, ayaq
yorğunluğunu aradan götürməyə kömək edir. İçində dəniz duzu və 1-2 cay
qaşığı lavanda yağı tökülmüş vanna qəbul etmək də çox xeyirlidir. Vanna
qəbulundan sonra ayaqlarınıza mütləq krem çəkin. Dənizdə və ya bağda
olan zaman ayaqyalın gəzməyiniz məsləhətlidir, çünki bundan yaxşı masaj
ola bilməz.
Topuqlu ayaqqabı ilə gəzə bilməyin yolları
Aşağıdakıları edərək siz də topuqlu ayaqqabıların üzərində rahat dayana bilərsiniz.
Ayağınıza uyğun ayaqqabı alın – Topuqlu ayaqqabılarla gəzə bilməyin ilk qaydası ayağa olan ayaqqabı
seçməkdir. Əsla ayğınızdan bir nömrə kiçik, ya da böyük ayaqqabı
almayın.
Düzgün gəzin – Topuqlu ayaqqabılar duruşa gözəllik qatsa da, düzgün pozisiyada
dayana bilmək üçün əziyyət çəkmək lazım olur. Başınızı dik tutun,
çiyilərinizi geriyə atın, axrxanızı isə geriyə doğru çıxarmayın. Düzgün
pozisiyada dursanız, gəzmək asan olacaq.
Ayaqqabının modelinə diqqət edin – Hər ayaq modelinə, hər ayaqqabı mükəmməl oturucaq və görünəcək deyə,
bir şey yoxdur. Aldığınız ayaqqabının ayağınıza uyğun model olduğundan
əmin olun. Ayaqlarınızı sıxan, biləklərinizi hərəkət etməyə qoymayan
ayaqqabılarla gəzmək mümkün deyil.
İrəli baxın – Gözləriniz daim irəli baxsın və nə qədər cəzbedici olsa da, aşağı baxmamağa çalışın.
Təcrübə - Topuqlu ayaqqabılarla gəzməyin ən asan yolu təcrübədən keçirməkdir.
Ayağınıza tam oturan ayaqqabı alın və evdə onlarla gəzin. Daha sonra
həyətə çıxın və qısa yürüş edin. Bir müddət sonra onlarda gəzməyə
alışacaqsınız.
Unutmayın, ayaq sağlamlığınız
gözəlliyinizdən daha çox əhəmiyyətlidir. Bundan dolayı ayağınızı və ya
hər hansı bir yeri incidən ayaqqabılardan uzaq durun. Ayaqlarınızı qoruyun, çünki onlar bu yolları hələ çox gedəcək!