Analar üçün gözəllik sirrləri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 782
Səs ver:
(səs: 0)
Başdan - ayağa gözəl bir ana olmaq heç də çətin deyil. Özünüzə ayıracağınız bir neçə dəqiqə və hər ananın bilməsi lazım olan kiçik sirlər ilə gözəlliyinizə gözəllik qatın.

1) Saçlarınızı səliqəyə salın
Əliniz üçün istifadə etdiyiniz, nəmləndiricilərdən bir az saçınıza çəksəniz uçuşan və elektriklənən saçlarınızı yatırmış olarsınız. Nəmləndiricini duş əsnasında çəksəniz saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz. 

2) Kirpiklərin görünüşü 
Əgər çəkdiyiniz kirpik üçün tuş, kirpiklərinizi istədiyiniz kimi göstərmirsə kirpik üçün tuşu qətiliklə kirpik uclarına çəkməyin. Bunun yerinə kirpik diblərinə dərininə çəkməyi yoxlayın. 

3) Dəriniz parlayırsa
Dərinizi qurutmadan matlaşdırmanız lazımdır.Tonal kreminizi çəkmədən əvvəl matlaşdırıcı kremlər istifadə etməlisiniz. Gündəlik kremlər istifadə edərkən bunların gel olmalarına diqqət edin. 

4) Gözlərdəki şişlik 
Səhərlər oyandığınızda gözlərin qızarmış və şişmişsə yatdığınız otağın havasını dəyişin. Daha sonra isə rahatlaşdırıcı losyona batırdığınız pambığı gözlərinizin üzərində ən az 10 dəqiqə gözlədin. 

5) Aseton istifadəsi 
Asetonlu pambığı dırnağınız üzərinə çəkmək dırnaqlar üçün çox təhlükəlidir. Bunun üçün pambığı bir neçə saniyə dırnağın üzərində gözlətdikdən sonra tək hərəkətlə lakı təmizləyə bilərsiniz. 

6) Yumşaq əllər 
Əl kreminin dərinizə daha yaxşı hopmasını istəyirsinizsə, əllərinizi içi isti su dolu bir qazanın üzərində tutun. Beləcə dəri üzərindəki məsamələr açılacaq və krem dəriyə asan hopa bilər. 

7) Mat dodaqlar üçün 
Mat pomadaları sevirsinizsə, dodaq qələmi istifadə etməlisiniz. Beləcə dodaqlarınız parlamayacaq və çərçivəni çox  daşıyarmadığınız müddətcə dodaqlarınıza ayrı bir dolğunluq qazandıracaq. Yalnız dodaq qələmi ilə də dodaqlarınıza rəng verə bilərsiniz. Amma burada diqqət etməniz lazım olan bir nöqtə var: qələmi dodağınıza dik hərəkətlərlə çəkdikdən sonra barmağınızla yaxşıca dağıtmalısınız. 

8) Tenlərin istifadəsi 
Əgər tenləriniz göz qapaqlarınızın üzərində yığılırsa, qətiliklə yağ əsaslı tenlər istifadə etməyin. Çox rəng pigmentleri ehtiva edən pudra tenlərdən istifadə etməlisiniz. Yüngül sədəfli tenlər də bu mövzuda çox rahat... Çünki tərkibindəki sədəfli maddələr göz qapağının üzərinə yapışdığı üçün yığılmaz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri