Yeni il gecəsi niyə qırmızı alt paltarı geyinilir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3342
Paylaş:
Səs ver:
(səs: 1)
Yeni il axşamı qırmızı alt paltarları geyinmək qadınlar arasında bir ənənədir. Bəs niyə qırmızı alt paltarı geyinilir? Əslində, bunun dəqiq tarixi və səbəbi məlum deyil. İnsanlar ümidlərini itirəndə bu cür inanclara əməl edirlər. Axı insanoğlu ən xırda detalda belə ümid axtarır...

Yeni il bayramı və qırmızı rənglə bağlı maraqlı məlumatları təqdim edir:

Qırmızı rəngi sevən qadınlar şən və həyatsevər olurlar.

Adətən çox tez özlərindən çıxsalar da, onları həyəcanlandırmaq asan və əyləncəlidir. Həm də cəsur və güclü olurlar.

Qırmızı sevginin və şəhvətin rəngi hesab olunur. Qırmızı alt paltarı ilə bağlı bir il sonra axtardığın sevgini tapacağına dair inanc da mövcuddur.

Yeni gecəsində saat düz 12-ni vuranda qırmızı alt paltarı geyinmək lazımdır. Amma qətiyyən şalvarın üstündən geyinməyin çünki uğursuzluq gətirə bilər.

Bəzi insanlar qırmızı alt paltarını uğur simvolu kimi qəbul edir.

Yeni il yeni başlanğıclar deməkdir. Qırmızı alt paltarı isə şans və uğur gətirir. Hətta var-dövlət sahibi olacağına inananlar da az deyil. Buna görə də vitrinlər qırmızı rənglərlə dolub-daşır. Brendlər isə bu rəngdə kolleksiyalar təklif edirlər.

Başqa bir inanca görə Yeni ildə qırmızı tuman geyinsən, bəxtin açılarmış.

Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyriyyəçiliyi tərənnüm edir.

Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma zövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.

Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar.

Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng qadının özünə inamını artırır. Bu rəngi sevməyən insanlar konfilikt və davadan uzaq olub tək qalmağı sevirlər.

Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır. Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahanı artırır. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəaldırlar. Ona görə dünyadakı qida firmalarının çoxunun logosunda qırmızı rəngdən istifadə olunur.

Qırmızı təzyiqi yüksəldir, qan axışını sürətləndirir. Səhv bir inanc vardır; öküzlərin qırmızıya hücum etdiyi inanılır. Halbuki, öküzlər rənglərə qarşı kordur. Qırmızıya deyil, özlərinə yellənən tünd rəngli parçaya hücum edirlər.

Qırmızı rəng enerji verir və insanı hərəkət etməyə hazırlaşdırır. Həyəcan və hərəkəti qovuşduran qırmızı rəngin təsirinə yaş məfhumu da təsir edir. Qırmızı rəng və qırmızı rəngin müxtəlif çalarlarında geyinənlər insanların diqqətini cəlb etməyi sevirlər və seksual həyatlarında çox aktiv olan insanlardırlar.

Yeni ildə bolluca uğur əldə etmək istəyirsinisə, bayram ərəfəsində özünüzə qırmızı rəngli gözəl alt paltarı almağa tələsin... Təbii ki, həyat qırmızı geyinməklə qaydasına düşmür, amma insanların özünü daha yaxşı və sevincli hiss etməsini təmin edər, onlara güvən və ümid verər.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3342
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv