Gözəlliyinizi bu cür qoruyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 393
Səs ver:
(səs: 2)
Makiyajsız gözək görünmək, bütün qadınların xəyalı və  ən çox istədiyi şeydir. Ancaq yaş 35-i keçdisə, bu iş bir az çətinləşir. Ya genetik olaraq sağlam cild toxuması olmalıdır, ya da yaxşı bir qulluq.

17 yaşında makiyaja başlamısınzsa, dəri təmizliyinə də o yaşdan başlayın. Heç vaxt yatağa dərinizi təmizləmədən girməyin. Təmiz cildin üzərinə edilən makijay özü belə gözəl görünür. Dərinizin təmiz olması ilə yanaşı nəmləndirilməsi də vacibir. Gecə- gündüz nəmləndiricilərini ayrı istifadə edin.
Gün boyu xarici təsirlərdən üz məsamələrimiz tıxana bilər. Txanmış bir cild heç vaxt nəfəs almaz və özünü yeniləyə bilməz.

Nizamlı qidalanın
Bədən üçün əhəmiyyətli olan hər qidadan kifayət qədər yeməliyik. Xüsusən də dəri sağlamlığını qorumaq üçün yağsız süd məhsulları, az yağlı ət məhsulları, yumurta və protein qaynaqlarını kifayət qədər və düzgün şəkildə qəbul etməlisiz. Su içmək dərinin nəmlənməsinə və yumşalmasına kömək edir, həm də bədənimiz toksinlərdən təmizlənmiş olar.

Qaş və kipriklərinizə laqeyd yanaşmayın
Gözəlliyin ən əsas göstəricisi olan qaşlar heç vat unudulmamalıdır. Üzümüzü yaxşı tanımalı və qaşlarımıza da üzümüzə görə şəkil verməliyik. Çünki qaşlarımız bizi olduğumuzdan daha yaşlı, yaxud gənc göstərə bilər. Kipriklərə də müntəzəm qulluq edilməlidir.

Saçlar
Saçlarınız tökülürmü? Səbəbini niyə öyrənmirsiz? Qadınların ümumi problemi dəmir çatışmazlığıdır. Bu səbəbdən saçları tökülür, dırnaqları qırılır. Bunun üçün dəmir çatışmazlığımı müalicə etdirin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri