Gözəlləşmək üçün edilən 5 yanlış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 044
Səs ver:
(səs: 3)
Qadınlar gözəlləşmək üçün bir çox üsullara əl atırlar. Kosmetoloqlar gözəlləşmək üçün edilən prosedurların hər zaman müsbət təsiri olmadığını iddia edir.

1. Dərgilərdə yer alan pəhrizləri həkim məsləhəti olmadan etmək yanlışdır. Dietoloqunuzun sizin üçün məsləhət gördüyü pəhrizin müddəti başa çatsa belə, tez-tez müayinə olunmalısınız.

2. Məşhur simalara oxşamaq üçün botoks etdirmək yanlışdır. Bunun üçün peşəkarların çalışdığı kosmetoloji klinikaya getməli və sizə uyğun olan miqdarı seçməlisiniz. Səhv edilən botoks üzünüzdə soyuqluq, xoş olmayan ifadə yaradacaq.

3. İnsan nə istədiyinə qərar verib, sonra klinikaya yollanmalıdır. Həkimdən onun üçün başqasında gördüyü hansısa bir proseduru etməyi istəmək yanlışdır. Dəri müxtəlif növdədir və onun üçün edilən baxım da fərqlənməlidir.

4. Günəş vannası qəbul edərkən mütləq şüadan qoruyucu kremlərdən istifadə edilməlidir. Hər 3 saatdanbir krem dəriyə vurulmalıdır. Krem solyariyə girərkən də vurulmalıdır. Əks halda dəri tez qocalar, ləkələr əmələ gələr.

5. Plastik əməliyyat etdirməzdən əvvəl həkimlə danışıb, yarana biləcək problemləri öyrənməlisiniz. Əməliyyatdan sonra yaranan şişlərdən, qızartılardan xəbərdar olmalısınız. Əks halda depressiyaya düşərsiniz.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 044
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri