Zərif görünmək üçün 7 stil məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 819
Səs ver:
(səs: 3)
Seçdiyiniz paltarlarla olduğunuzdan daha zəif görünə bilərsiniz. Yaxşı, zəif görünmək üçün necə giyinməliyik?
Doğru kombin edərək olduğunuzdan daha zəif görünə biləcəyinizi bilirdinizmi? Daha incə görünmək istəyirsinizsə, yüksəl bel şalvar, xəttli üst geyimlər və saya rənglərə şkafınızda yer açın!

Qara və göy rəngləri kombinləyin
2015 yay mövsümünün dəbli rənglərindən biri olan göy, qara ilə kombinləndiyində həm çox elegant görünür, həm də olduğunuzdan daha zərif görünmənizə köməkçi olur.

Bleyzer pencəkləri kəmərlə istifadə edin
2015 yaz podyumlarında tez-tez qarşımıza çıxan blazer pencəklər üzərinə kəmər dəbi, həm qəşəng duruşu, həm də bədəni olduğundan daha zərif göstərməsi ilə favoritlər arasındadır. Dəbdəbəli kəmərlər, sadə blazerləri qəşəngliyi ilə ikiyə qatlayaraq, sizi daha incə göstərir.

Yüksək bel şalvarlar
Yüksək şalvarlar, bel ətrafınızı bağlayar və sizi daha incə göstərər. Qıçları olduğundan daha uzun göstərən bu möcüzə şalvarları istər sadə bir köynək, istəsəniz də dəbli bir kofta ilə kombinləyərək istifadə edə bilərsiniz.
 
Saya və sadə tonları tək istifadə edin
Başdan aşağı eyni rəng geyinmək, sizi hər zaman daha zərif və incə göstərir. Xüsusilə bir rəngli, tünd tonlar və boz bu mövzuda ən böyük köməkçiniz olacaq.
 
Pudra rəngli dikdabanlar
Dəri rənginizə yaxın dikdabanlar hər qadının gardırobunun olmazsa olmazlarındandır. Dərhal hər stilə uyğunlaşma təmin edən bu ayaqqabılar, ayaqlarınızı vizual olaraq kəsmədən, qıçlarınızı olduğundan daha uzun göstərərək zərif görünmənizə köməkçi olacaqlar.

Şaquli xətlər
Şaquli xəttli paltarlar, kiçik bir göz yanılmasına səbəb olaraq sizi olduğunuzdan daha zəif göstərir. Şaquli xəttli paltarlar bədəninizin qüsurlu gördüyünüz üst və ya alt qisimində tək parça şəklində istifadə edə bilərsiniz. Daha incə bir görünüş yaratmaq istəyirsinizsə, xəttli bir köynəyi yenə şaquli xəttli bir ətəklə kombinləyə bilərsiniz.

Uzun pencək və plaşlar
2015-2016 qış mövsümünün ən çox sevilən trendlərindən biri olan uzun pencəklər və plaşlar, doğru kombinləndiyində sizi olduğunuzdan daha uzun və zərif göstərir. Siz də uzun kobud ya da plaşlarınızı Rihanna kimi "skinny jean" və nazik hündürdaban ayaqqabılarla kombin edərək zərif və elegant bir havaya bürünə bilərsiniz.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri