Model Kate Uptonun arıqlıq sirrləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 289
Səs ver:
(səs: 3)
Çox gənc olmasına baxmayaraq bir çox professional modelin əksinə, sürətlə şöhrət pilləkənləri ilə qalxan 23 yaşlı amerikalı model Kate Upton 92-60-90 vücud ölçülərinə sahibdir. Qadın jurnallarından birinə verdiyi müsahibəsində heç bir zaman dietoloqdan dəstək almadığını və sıfır bədən əfsanəsinə də inanmadığını söyləyən model sadəcə günlük qidalanmasına diqqət etdiyini bildirmişdir.

Səhərlər günə yumurta ağından omlet və yaşıl çay içərək başlayır.

Səhər ilə günorta arasında atışdırmalıq olaraq, yaşıl tərəvəz suyu ilə 10 çiy badam yeyir.

Günorta yeməyi menyusunda tel arasında vəya dəmir üzərində öz suyuna qızartmaüsulu ilə toyuqlu kinoa və  tərəvəz var.

Günorta ilə axşam yeməyi arasında atışdırmalıq olaraq, protein bar, yəni az kalorili şirniyyat yeyir.

Axşam yeməyində isə kajulu (kaju fıstıq növüdür) və somon balıqlı qırmızı kələm salatı yeyir.

Stressli və ya yorğun olduğu zaman tekila ilə rahatladığını söyləyir. Qeyd edək ki, tekila "aqava” bitkisinin özəyindən əldə edilən içki növüdür.

Hər həftənin 2-ci günü bədəninə və mədəsinə istirahət verdiyini söyləyən model qəti qırmızı ət yemir və həftənin 5 günü idmanla məşğul olur.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri