Qaş alarkən edilən səhvlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 564
Səs ver:
(səs: 0)
Qaş şəkliniz üzünüzdəki ifadəni təyin edir. Ancaq edilən bəzi qaş alma səhvləri, həm ifadənizi dəyişdirir, həm də üzünüzdə pis bir görüntü yaradır. Qaş alarkən ən çox edilən səhvləri təyin etdik. Qaşlarınızı almadan əvvəl mütləq bu yazımıza göz gəzdirin.

Hər iki qaşın da eyni olması üçün cəhd etmək
Qaşlarınızı alarkən birinin nazik olduğunu fərq etdiyinizdə, digərini də naziltməyə çalışmayın. Əgər düzəltmək üçün qaşlarınızı almağa davam edərsiniz, iki qaşınız da birdən ip kimi olacaq.

Hər gün qaş almaq
Qaşlarınızı hər gün almağa, ən kiçik tük dənəsini belə yox etməyə çalışırsınızsa, bu səhvə yol verməyin. Qaşlarınızın düzgün və eyni nisbətdə uzanması üçün onlara vaxt verin. Qaşlarınız kifayət qədər çıxdığında, hamısını birdən alın ya da bir professional yardım alaraq üzünüzə ən uyğun qaş formasını təyin edin.

Duşdan əvvəl qaş almaq
Qaşlarınızı hər zaman duşdan sonra alın. Məsamələriniz duşda olduğunuz zaman isti su və buxardan təsirlənərək açılır və dərinizi nəmləndirərkən, tük köklərini də qidalandırar. Köklərinin qidalanması, qaşlarınız daha sürətli uzanmasına səbəb olur.

Səhv yerdən qövs vermək
Qaş qövsünüzü səhv yerdən verməniz, üz ifadənizə mənfi təsir edər. Üzünüzə ən uyğun qövsü tapa bilmək üçün, bir qələmi burnunuzun kənarından göz bəbəyinizə doğru tutun. Qələmin ortaya çıxardığı nöqtə, üzünüzə ən uyğun qövsü təyin edər.

Maqqaşla qaşın üst qisimlərini almaq
Qaşlarınızı formaya salarkən maqqaş istifadə edirsinizsə, yalnız əzələnizin qövs bölgəsini maqqaşla alın. Əzələnizin üst hissələrini maqqaşla səliqəyə salmağa cəhd etsəniz formasını poza bilərsiniz.

Güzgüyə çox yaxından baxaraq qaşları almaq
Güzgüyə çox yaxından baxırsınızsa, ya da güzgünün böyüdücüsü ilə qaşlarınızı alırsınızsa səhv edirsiniz, bu qaşları olduğundan daha çox göstərir. Güzgüyə yaxından baxmaq, qaşlarınızı naziltmənizə və formasını pozmanıza səbəb olar. Bunun yerinə geniş bir güzgünün qarşısına keçin və üzünüzün hamısını görəcək şəkildə dayanaraq qaşlarınızı alın.

Qaş cədvəlləri istifadə etmək
Kosmetik məhsullar satıkan mağazalarda satılan hazır qaş cədvəllərini (şablonlarını) istifadə edərək, ordakı qaşlara baxaraq qaşlarınızı əsla almayın. Üzünüzə ən uyğun qaş modelini tapmaq üçün mütləq bir professionala müraciət edin.

Qaş boşluqlarını qara qələmlə doldurmaq
Qaşlarınızı aldıqdan sonra aralarındakı boşluqlar sizi narahat edirsə, qara rəngli bir qaş qələmi ilə qaş boşluqlarınızı əsla doldurmayın. Qaş rənginizə uyğun bir rəngdə qaş qələmi seçin və çox basmadan, yüngül və nazik xəttlər halında qaşlarınızı doldurun. Qaş rənginiz olduqca tünddürsə, açıq tonlarda bir qara, yaxud boz qələmlə qaşlarınızı doldurun.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri