Ananas şirəsi ilə gözəlləşin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 922
Səs ver:
(səs: 0)
Ananas ən faydalı meyvələrdən biridir. Onun şirəsində bol miqdarda mineral və vitamin var. Həmin mineral və vitaminlərin sayəsində də, bir çox xəstəliyə qarşı qalxan funksiyasını yerinə yetirir. Ananasın tərkibindəki təbii şəkər bədənə enerji verir.
 
Ancaq ananasdan sadəcə, sağlamlıq üçün deyil, həm də gözəl bir dəri üçün faydalanmaq lazımdır.
 
Xüsusilə, yay aylarında dəri günəşin mənfi təsirinə daha çox məruz qaldığından vücud gün ərzində həddən artıq su itirir. Tərlə itkiyə gedən mineralları bərpa etmək üçün bu mövsümdə bol-bol ananas şirəsi içməliyik.
 
Ananas tərkibindəki B və C vitaminləri sayəsində hüceyrələrin yenilənməsini təmin edir, dəri problemlərini aradan qaldırır. C vitamini dərini günəşin zərərli şüalarından qoruyur.
 
Meyvənin tərkibindəki minerallar saç və dırnaqların sağlamlığını bərpa edir.
 
Bol miqdarda dəmir və kalsium ehtiva edən ananas şirəsi günəşin təsiri ilə bozaran və zəifləyən saçların yenilənməsini təmin edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri