Gözəl dəriyə sahib olan macar qadınlarının sirri aşkarlandı

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 541
Səs ver:
(səs: 4)
Macar qadınları gözəl və sağlam dəriyə sahib olduqları üçün bütün dünyanı özlərinə heyran qoyurlar  aparılan araşdırmalar nəticəsində macar qadınlarının dəri gözəlliyinin sirri aşkarlanıb. Mütəxəssislərin sözlərinə görə, bu qadınlar gözəlliklərini likopenə borcludurlar.

Likopen dəriyə təbii qaralma effekti verir, onu möhkəmləndirir və parlaqlıq bəxş edir. Macarıstanın Balaton gölü yaxınlığında yaşayan qadınlar gözəl dəriyə sahib olmaq üçün likopenlə ən zəngin qida hesab edilən pomidordan istifadə edirlər. Macar qadınlar bişmiş pomidoru üzlərinə çəkərək günəşin zərərli şüalarından qorunduqlarını və gecələr də evdə hazırladıqları pomidorlu kremlərdən istifadə etdiklərini bildiriblər. Pomidor dəridəki qırışları açır, yeni qırışların meydana gəlməsinin qarşısını alır. Deyilənə görə, əfsanəvi aktrisa Sofi Loren də gözəlliyini likopenə borclu olub. Belə ki, o, daim pomidor və zeytun yağından hazırladığı maskadan istifadə edib.

Siz də likopenin möcüzəi təsirlərini gösrmək istəyirsinizsə, aşağıdakı maskanı sınaqdan keçirə bilərsiniz:

1 ədəd pomidoru yuyub qabıqlarını soyun. Bu zaman unutmayın ki, likopen ən çox pomidorun qabığının altında yerləşir. Odur ki, qabığın asan soyulması və likopenin qabıqla birlikdə atılmaması üçün pomidorun üzərinə qaynar su tökün. 2 dəqiqə qaynar suda saxladıqdan sonra qabıq asanlıqla soyulacaq. Daha sonra pomidoru rəndələyib suyunu süzüb atın. Pomidorun üzərinə bir az un (adi un əvəzinə qarabaşaq unu və ya qarğıdalı unu da istifadə etmək olar) əlavə  edib məcun halına gətirin. Əgər quru dəri tipinə sahibsinizsə, maskanın tərkibinə bir az zeytun yağı da əlavə edə bilərsiniz. Maskanı üzünüzə çəkib 5 dəqiqə gözləyin. Sonra ilıq su ilə təmizləyin.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri