Beli incə göstərən dəb hiylələri

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1956
Paylaş:
Səs ver:
(səs: 5)
Təəssüf ki, bütün qadınlar modellər kimi gözəl bədən quruluşuna malik deyil, amma bədənimizi qüsursuz göstərmək öz əlimizdədir. Dəb hiylələri ilə qüsurları vizual olaraq gizlətmək, gözəlliyi ön plana çıxartmaq mümkündür.

Aksessuarların cazibəsi
Beli incə göstərməyin ən mühüm qaydalarından biri, qüsurlu hiss etdiyiniz nahiyə istisna olmaqla, bər-bəzəkdən istifadə etməkdir. Məsələn, böyük boyunbağı və ya V şəkilli sinə dekoltesi ilə diqqəti beldən yayındırmağa çalışın. Sinəniz böyükdürsə, bol kəsimli, enli şalvar, yaxud parıltılı və biserli ətək seçərək sinənizin daha çox nəzərə çarpmasına mane olarsınız. Bu qayda beli yoğun olan xanımlara da aid olunur. Əgər bu qüsurunuzu gizlətmək istəyirsinizsə, sallanma sırğalarla, hətta iddialı makiyajla diqqəti belinizdən uzaqlaşdıra bilərsiniz.

Hündürbel şalvar
Hündürbel geyimlərdən imtina etməyin. Beli incə göstərmək üçün hündürbel ətək, hündürbel şalvar və şortlar ideal seçimdir. Beli tamamilə tutan hündürbel şalvarlar sayəsində belin incəliyi ön plana çıxacaq, ayaqlar da daha nazik görünəcək.

Panel don
Kənarlardan tünd zolaq çəkilmiş dar donlar beli incə göstərməyin ən əlverişli üsuludur. Əyinə mükəmməl oturan donlar ayaqları da daha nazik göstərəcək. Donun kənarındakı zolağın hansı rəngdə olması tamamilə sizdən asılıdır.

Kəmərin sehri
Son zamanlarda kəmərlər digər aksessuarlar kimi, moda dünyasında böyük yer tutur. Kəməri təkcə dəbə uymaq üçün deyil, həm də belinizi daha incə göstərmək üçün istifadə edin. Eyni zamanda kəmər paltarın görünüşünü dəyişib onu bəzəyəcək.

Peplumun gücü
Bir neçə il əvvəl dəbdə rəsmən fırtına kimi əsən, hələ də bir çox qadının əvəzolunmaz geyimlərindən biri olan peplum paltarlar beli incə göstərən ən praktik və qəşəng dəb hiyləsidir.  İncə belə qovuşmaq üçün beldə tam oturan və aşağıda volanlar sallanan peplum paltarlara mütləq seçim üstünlüyü verməlisiniz

A kəsimli paltarlar
Belə tam oturan, aşağıya doğru getdikcə genələn paltarlar belinin yoğun olduğunu düşünən qadınlar üçün ən uyğun geyimlərdir.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1956
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook