Sizi yaşlı göstərən 5 dəb xətası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 076
Səs ver:
(səs: 2)
Gənc görünmək ümumi qənaətə görə, genlərlə əlaqəli olsa da, bu məsələdə geyim tərzi, aksessuar seçimi, saç və makiyajın da payı var. Səhv seçilmiş paltar və ya aksessuar xanımı olduğundan qat-qat yaşlı göstərə bilər.

Hər zaman qara geyinmək
Bəli, qara hər kəsi arıq göstərir, ancaq yaş artdıqca, dəri daha az parlayır və rəngi solmağa başlayır. Bu səbəbdən, qara rəng dəri qüsurlarının daha çox ortaya çıxmasına səbəb ola bilər.
 
Əgər qara geyinməkdə  israrlısınızsa, qara rəngi mütləq əlvan bir rənglə birləşdirməyə çalışın. Əgər əlvan rəngləri xoşlamırsınızsa, qara və ağın harmoniyasından istifadə edin. Qara donu rəngli bir şal, ya da parıltılı bir şalla birləşdirə bilərsiniz.
 
Səhv büstqalter seçimi
Səhv büstqalter seçimi sinəni olduğundan böyük, kiçik və ya sallanmış göstərə bilər. Nəticədə, olduğunuzdan yaşlı görünəcəksiniz.
 
Büstqalter seçərkən bədən ölçülərinizə tam uyğun olanı alın. Sinənizin daha böyük görünməsi üçün kiçik büstqalter geyinməyin. Çünki bu, sağlamlığınız üçün də zərərlidir. Hər 6 və ya 8 aydan bir büsqalterinizi dəyişməyə çalışın. Əgər büsqalterin rezin asqıları boşalıbsa, deməli, onun ömrü sona çatıb.
 
Vodolazka
Çox soyuq havalarda vodolazkalar bizi soyuqdan qoruyur. Lakin bu cür köynəklərdən çox istifadə etməklə yaşlı qadın imici yaradırsınız.
 
Bol paltarların içində itmək
Bol pencək və ya dizə qədər uzanan qolsuz köynək və trikotajlar artıq çəkini gizlətmir, nöqsanlarınızı örtmür, əksinə, sizi daha kök və yaşlı göstərir.

Aksessuarların harmoniyası
Bu gün paltara uyğun çanta, çantaya münasib ayaqqabı və ya sırğa uyğunlaşdırmaq p dəb deyil. Əlbəttə ki, seçdiyimiz aksessuarlar geyimlə harmoniya təşkil etməlidir. Lakin hər şey dəst olmaq məcburiyyətində deyil.  Əgər çox klassik və yaşlı görünmək istəmirsinizsə, bu uyğunluq axtarışından əl çəkin.
Aksessuar məsələsində artıq dizaynerlər modapərəstlərə müstəqillik verib. Məsələn, klassik bəzək əşyaları ilə müasir aksessuarları birləşdirmək  səhv deyil.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri