Qış gözəlliyinin 10 kiçik sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 271
Səs ver:
(səs: 1)
Havaların soyuması ilə birlikdə qışın təsirlərini dərimizdə hiss etməyə başlamışıq. Quru havalarda üzümüzdən başqa dodaqlarımızın, əllərimizin və saçlarımızın da baxımına diqqət ayırmalıyıq.

Dodaq pilinqi
Qurumuş və çatlamış dodaqlar gözəl görünmədiyi kimi həm də narahat edir. Bal və türk qəhvəsini qarışdıraraq dodaqlarınıza dairəvi hərəkətlərlə masaj edin.
Sağlam dərinin ilk addımı nəmləndiricidir
Nəm miqdarı qışda daha az olduğu üçün nəmləndiricilərə daha çox ehtiyac duyulur. Buna görə gündəlik nəm ehtiyacınızı nəmləndiricilərlə qarşılayın.

SPF hər zaman bizimlə
Qışda ultrabənövşəyi şüalar bütün gücüylə dərimizə zərər verməyə davam edir. İstifadə edəcəyiniz məhsullarda SPF qorumasına diqqət edərək dəri ləkələri və qırışlara da erkən müdaxilə edə bilərsiniz.

Gözləriniz qızarmasın
Külək və quru hava həssas gözlər üçün çox ziyan olduğundan dərmansız duzlu göz yaşı damcıları ilə gözlərinizi nəmləndirib qızarmasının qarşısını ala bilərsiniz.

1.20 dəqiqə çoxdur
Soyuq havalarda isti su və buxar vannası özümüzü yaxşı hiss etdirsə də dərimizi qurudur. Duşdan sonra bədən yağı istifadə edin və duşda 10 dəqiqədən çox qalmayın.

Hər zaman baxımlı ayaqlar
Ayaqlarınıza nəmləndirici vurandan sonra yumşaq və isti saxlayan bir corab geyinin. Həftədə bir dəfə ponza daşı ilə ayaqlarınıza masaj edin.

Saç kremi istifadə edin
Qış aylarında istifadə edilən saç kremi saçların rahat daranmasına da kömək edər. Saç uclarındakı qırılmalar üçün saçlarınıza bir neçə damcı zeytun yağı sürtüb geniş dişli daraqla darayın.

Burun qızarmasına diqqət edin
Soyuq havalarda kapilyar damarlarımız qan axının sürətlənməsi ilə genişlənər və burnumuz qızarır. İstilik fərqi bu damarların çatlamasına və qalıcı qızartılara səbəb ola bilər. Burnunuza edəcəyiniz çox isti olmayan kompres bu problemin həllində işinizə yarayacaq.
 
Dirsəklər çürüməsin
Dirsək, diz və topuq üzərindəki dəri o bölgələrdəki sümük təzyiqini yüngülləşdirmək üçün daha qalındır. Qurumuş dirsəklər həm narahat edər, həm də gözəl görünməz. Gecə yatmadan əvvəl bu hissələrə vazelin sürtməyi unutmayın.
 
Əlləri unutmayın
Qışda çox təsirlənən yerlərdən biri də əllərimizdir. Yüksək nəm tərkibli əl kremləri istifadə edin və açıq havada mütləq əlcək taxın
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri