Evdə düzgün qaş almağın yolları

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1737
Paylaş:
Səs ver:
(səs: 5)
Qaşlarınız şəxsiyyətinizi əks etdirir. Necə göründüyünüz, üzünüzün ifadəsi qaşlardan asılıdır. Qaş modasını deyil, üzünüzə ən uyğun formanı seçməlisiniz.
Evdə özünüz qaş formasını pozmadan necə alacağını addım-addım izah edəcəyik. Qaş almaq üçün hər dəqiqə salona getmək, həmçinin gözəlliyi hamıya etibar etmək olmur. Hər dəfə qaşların daha artıq incəlməsinə təhəmmül etməyənlər və mən bu işin öhdəsindən gələ bilərəm deyən qadınlar da özlərinin gözəllik mütəxəssisi ola bilir. Lakin bu proses yenə də salonla nəticələnə bilər. Qaşları düzəldərkən çox diqqətli və ehtiyatlı davranmaq lazımdır. Xüsusən də qaşları tələsərək almaq olmaz.
Birinci addım: Qaş alma prosesində daha acı hiss etmək üçün ilk olaraq suda isladılmış makiyaj təmizlənyən süngəri qaşlarda bir müddət saxlamaq lazımdır.
İkinci addım: Qaşlarınızı bir qaş darağı ilə yuxarıya doğru darayın. Bu prosesi etməzdən əvvəl qaş almağa başlayanda açıq rəngli tüklərin ucu görünmür və onları təmizləmək çətin olur. Üzünüzə ən uyğun qaş şəklini tapın. Bir qələm alın və burun qanadlarınızdan birinə söykəyib, şəkildəki kimi dik olaraq üzünüzdə tutun. Qaş, qələmin bərabər gəldiyi nöqtədən başlamalıdır. Sonra qələmi gicgahınıza doğru əyin. Bu nöqtə də qaşın bitdiyi yer olmalıdır. Qaşın başlanğıcı və sonu tək bir xəttdir. Qaşlarınızı, bu xətt çərçivəsində formalandırın.  
Üçüncü addım: Üzünüzə yaraşan ən yaxşı formanı seçin və daha sonra qaşınızı alan aləti gözün altına çox yaxın tutun. Həmin aləti tüklərin çıxış nöqtəsinə yaxın tutun. Çünki əks tərəfə tutsanız, tük yarımçıq qopa bilər. Qaş oxunuzu təyin edin. Qaşın ən yüksək olacağı nöqtə, gözbəbəyinin üzərindən tutduğunuzda qələmin ucunun göstərdiyi nöqtədir. Qaşınızı almağa başladığınızda diqqət yetirin. Burundan etibarən qaşın 2/3 yuxarı doğru və qalan 1/3 də aşağı doğru getməlidir. Əgər qaşın iç qisimi çox qalın və xarici qisimi çox incədirsə, öndən ortaya qədər qaş qələmi ilə düzəldin.
Dördüncü addım: Tükləri aldıqdan sonra nəmləndirici çəkin və boşluqları doldurun
Qaşlarınızı, əvvəl qaş fırçası ilə aşağı doğru darayın. Bu şəkildə boşluqları görə bilərsiniz. Sonra qaş qələmi ilə incəcik xəttlər halında boşluqları doldurun. Son olaraq da qaşlarınızı yuxarı darayın.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1737
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv