Gözəl bədən quruluşuna nail olmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 701
Səs ver:
(səs: 2)
İsti yay günləri rasionu yüngülləşdirmək, zərərli qidaları, artıq kalorini menyudan çıxartmaq üçün əlverişlidir. Əziz xanımlar, unutmayın, yağlı ət, fastfud, dondurma nəinki dəri problemlərinə səbəb olur. Həmçinin qadınların kabusu olan portağal dərisi görüntüsünün ortaya çıxmasına şərait yaradır və ən əsası həzm etməni ləngidir.

Rusiya mətbuatı 40 gün ərzində rasiondan çıxarılması mümkün olan qidaların kalorisini hesablayıb. Əgər siz də aşağıda sadalanan qidalara əlvida deməyi bacarsanız, özünüzü daha yüngül, sağlam hiss edəcəksiniz. Qəbul etdiyiniz kalorinin miqdarı xeyli azalacaq. Yəqin ki, zərərli vərdişlərə də birdəfəlik əlvida deyəcəksiniz. Ən əsası qəbul etdiyiniz kalorinin miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Bu da əlbəttə ki, bədən quruluşunuza öz müsbət təsirini mütləq göstərəcək!

Qazlı sular
Bir stəkan qazlı suda tamamilə lazımsız və gərəksiz kalori var. Odur ki, qazlı su əvəzinə su için. Əgər siz qazlı suyu adi suya dəyişsəniz, gün ərzində rasionda 124-189 kalori itirmiş olarsınız.

40 gün müddətində isə ümumilikdə 40 stəkan qazlı sudan imtina edilərsə, itiriləcək kalori 4960 və 7560 arasında olar.

Kartof qızartması
Kartof qızartması yağlı, duzlu və eyni zamanda çox dadlıdır. Etiraf etmək lazımdır ki, ondan imtina etmək çətindir. Əgər artıq çəkidən xilas olmaq istəyirsinizsə, həftədə bir dəfə kartof qızartması yeməyin. Bununla da 350 kalori itirmiş olacaqsınız.

Beləliklə, 6 pay kartof qızartmasından imtina sayəsində 2190 kalorini qəbul etməmiş olacaqsınız.

Fastfud
Orqnizmin möhkəm olmasını istəyirsiniz? Fastfud əvəzinə sağlam qidalar qəbul edin! Əgər həftədə bir dəfə fastfud tipli xörəklərdən imtina etməyi bacarsanız 1200 kalori az qəbul etmiş olacaqsınız.

40 gün ərzində 6 dəfə fastduddan imtina edildiyini nəzərə alanda isə itirilən kalorinin 7200 olduğu ortaya çıxır.

Dondurma
Bəli, dondurma kimi dadlı şirniyyatdan da imtina etmək lazımdır. Həftədə iki dəfə dondurma yeməkdən imtina etmək üçün özünüzdə güc tapsanız bir həftə ərzində 460 kalori qəbul etməycəksiniz.

40 gün müddətində isə 12 dəfə dondurma yeməsəniz, 2760 kalori qəbul etməmiş olacaqsınız. Əgər şokoladlı dondurmadan imtina edirsinizsə, 3000 kalori az qəbul etdiyinizə əmin olun.

Spirtli içki
Hər gün bir badə şərab içmək sağlamlıq üçün xeyirlidir, lakin hər gün qırmızı şərab içməkdən imtina etsəniz sutkada 127 kalori az qəbul etmiş olacaqsınız.

Ümumilikdə isə 40 gün müddətində 5080 kalori az qəbul edəcəksiniz.

Qəhvə
Bəziləri kofein asılılığından yaxa qurtarmaq üçün qəhvədən imtina edirlər. Digərləri isə qənaət məqsədilə bunu edirlər. Yaxşı qəhvə ucuz deyil. Düz də edirlər. Məsələn, 1 fincan qəhvədə 190 kalori var. Deməli 40 porsiya qəhvədən imtina sayəsində 7600 kalori az qəbul etmiş olacaqsınız.

Ət
Ət rasionun əsas tərkib hissəsi ola bilər, amma əgər siz pəhriz saxlayırsınızsa, yağlı qırmızı ətdən, xüsusilə, qızardılmış ətdən imtina edin. Bununla 184-207 kalori itirə bilərsiniz. Əgər ay ərzində 20 porsiya yağlı ətdən imtina etməyi bacarsanız, 7820 kalori az qida qəbul etmiş olacaqsınız.

Şokolad
Zaman-zaman tünd şokolad parçası yeməyi sevirsinizsə, onda hər şey qaydasındadır. Amma əgər şokolad ehtirasınızı nəzarətdə saxlaya bilmirsinizsə, südlü şokoladlara da yönəlmisinizsə, deməli bu zərərli vərdişlə vidalaşmağın zamanı çatıb. Gün ərzində 3 parça şokoladdan imtina etməklə 170 kalori az qəbul etmiş olacaqsınız. Südlü şokoladdan imtina isə 210 kalorinin az qəbul edilməsi deməkdir.

Ümumilikdə 40 porsiya şokolad ay ərzində 6800- 8400 kalori deməkdir.

Kreker
Qəlyanaltı pəhriz saxlayanın köməyinə gələ bilər. Lakin bir şərtlə ki, düzgün ərzaq seçilsin. Lazımsız krekerdən imtina sayəsində gün ərzində 160 kalori az qida qəbul etmək mümkündür.

40 gün ərzində 40 porsiya krekerdən imtina isə 6000-6400 kalorini qəbul etməmək deməkdir.

Kartof çipsisi
Bu ərzaq zərərli xüsusiyyətləri ilə çempiondur! Əgər həftə ərzində bir neçə qutu çipsi yeməsəniz həftəyə 306 kalori az qəbul etmiş olarsınız.

12 qutu çipsi 1836 kalori deməkdir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri