İdeal Ton
Dərinizin
qüsursuz görünməsi üçün çalışırsınıza, tonal krem, kirşan (rus.pudra)
və konsilerdən istifadə edin. Tonal kremi seçərkən diqqətli olun –
hətta, qara rəngini çalarlarında bir dəriyə sahib olmaq istəyirsinizsə
də, öz dərinizdən çox fərqlənən rəng seçməyin. Bu, üzünüzə çirkli və
səliqəsiz görüntü verəcək. Konsiler isə tonal kremin rəngindən bir ton
açıq olmalıdır, daha artıq olduqda, üzünüzdə xoşagəlməz ton ayrılığı ola
bilər.
Sıx qaşlar
Qaşlarınızı
vaxtaşırı səliqəyə salın və makiyaj etdikdən sonra, qaşınızın içindəki
boşluqları xüsusi qaş karandaşlarıyla doldurmağa çalışın. Unutmayın ki,
qaşlarınız saçlarınız rəngində olduqda, çox səliqəli və gözəl görünür.
Karandaş seçərkən də bu məqama diqqət yetirin.
Gözləri vurğulamaq
Gözlər
bir qadının ən güclü silahıdır. Gözlərinizi açıq qəhvəyi göz kölgələri
ilə haşiyəyə alın. Göz qapaqlarınızda maksimum dərəcədə neytral
tonlardan istifadə edin. Gözlərinizin yorğun görünməməsi üçün çox tünd
rənglərdən gündəlik makiyajda çəkinin.
Zərif Ənlik
Təbii
görünən makiyaj üçün ən ideal ənlik bej-çəhrayı rənglərdir. Ənliyin
güldüyünüz zaman qabaran hissələrə vurulmalı olduğunu unutmayın. Bu
üzünüzdə çox təbii bir effekt yaratmaq üçün əla ideyadır.
Parlaq Dodaqlar
Təbii
görünən makiyaj etməyə çalışsaq da, dodaqları vurğulamadan bunu yaxşı
edə bilmərik. Dodaq boyası və ya parıltısının isti rənglərdə olmasına
çalışın və dodağınıza barmağınızla vurun. Bu halda daha təbii görünüş
əldə etmiş olacaqsınız.
Əsmər xanımlar üçün təbii makiyaj
Tünd
saçı olan xanımlar ideal təbii makiyaj üçün qara göz qələmindən
istifadə edə bilərlər. Dodalarını isə çəhrayının tünd çalarlarıyla
boyasalar qüsursuz makiyaj xəyallarına çata bilərlər.
Sarışın xanımlar üçün təbii görünüşlü makiyaj
Sarışın
xanımlar gözlərini zərif tonlarla vurğulamalıdırlar. Ümumiyyətlə, bütün
makiyaj zərif tonlardan ibarət olmalıdır. Dodaqlara parıltı vurmaq
makiyajı çox incə və təbii göstərə bilər. Öz dodaq rənglərinə uyğun
çəhrayı çalarlarına dodaq boyalarından istifadə etməlidirlər.
Kürənlər üçün ideal makiyaj
Qırmız
saçlı qadınlar göy və bənövşəyi tonlarından uzaq durmalıdırlar. Onlar
daha çox qızılı və pastel rənglərə üstünlük verdikdə, çox gözəl görünə
bilirlər. Dodaq boyası və ənliyi isti tonlarda seçərək, makiyajı
tamamlamaq mümkündür.
Mükəmməl Nude
Qızıl
qaydanı yadda saxlayın: Adi makiyaj zamanı siz ya gözləriniz, ya da
dodaqlarınızı vurğulamalısınız. Lakin, təbi makiyaj üçün isə həm
gözünüzü, həm də dodağınızı mükəmməl balans yaradaraq vurğulamalısınız.