Cəlbedici görünmək üçün suya bir az darçın əlavə edin!

Şərhlər: 6
Baxılıb: 2 869
Səs ver:
(səs: 0)
İstər qış, istərsə də yay aylarında dəridə dartılmalar, qaşıntı və qabıq verib tökülmələr baş verir. Eyni zamanda da sızanaqlar yaranır ki, bu da problemləri artırır. Bəs bu problemlərin qarşısını almaq üçün nələr etmək olar? 

Bütün bu problemlərin qarşısını almaq üçün sağlam qidalanma üzrə mütəxəssislər bol miqdarda su içməyi məsləhət görürlər. Hüceyrələrin yarısından çoxunun su ilə dolu olması səbəbilə üz dərisindəki hüceyrələrin də yetərincə sağlam olması üçün suya ehtiyacı var. 
Zədələnən dəri üçün tövsiyələr
İsti havalarda günəşin zərərli şüalarının, soyuq havalarda isə küləyin, soyuğun, şaxtanın təsirindən dəridəki problemlər gözlə görüləcək qədər artır. Bu səbəbdən zədələnən dəri özünü su ilə bərpa edir. Su dərinin nəm balansını qorumağa kömək edir. Suslamısınız ya yox, fərq etməz – mütləq davamlı olaraq su için. Bunu vərdiş halına gətirin. Hər nahar arasında bir stəkan su için. Bu həm sizin orqanizminizi təmizləyəcək, həm də ki, dərinin nəmliyini özünə qaytaracaq. 
Lakin bəzilərimiz də düşünürük ki, axı nə qədər su içmək olar?! Adi su içməkdən yoruluruq. Narahat olmayın bunun də çıxış yolu var. Su içməyi özünüz üçün həm sağlam bir vasitəyə, həm də ki, əyləncəyə çevirə bilərsiniz. 
Suyun içinə müxtəlif vasitələr əlavə etməklə siz özünüzdə suya qarşı vərdişi asanlıqla yarada bilərsiniz. Misal üçün, suyunuzun içinə dondurucuda dondurulan limon qabığı və ya limon dilimi ataraq ona dad, canlılıq verə bilərsiniz, çiçəklər əlavə edib suyu xoş ətirli etmək olar, qara çay əvəzinə su ilə birlikdə razyana, nana, cəfəri və bu kimi digər bitki-meyvələrin çayını içmək olar. 
Amma suya əlavə edilən ən vacib ədviyyatlardan biri darçındır. Darçın suyunuza xoş ətir bəxş edib sizi bihuş etməklə yanaşı, sağlamlıq baxımında da sizə fayda verəcək. Ən vacibi isə hər gün suyunuza bir parça darçın çubuğu atsanız cəlbedici görünüş əldə edəcəksiniz. Üzünüzdəki sızanaqlar azalacaq, dəriniz canlı və parlaq olacaq. Çünki darçın sizin orqanizminizi daxildən təmizləyəcək, onu bərpa edəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri