Toya
hazırlaşarkən dəvət siyahısından, məkan seçməyə qədər bir çox detalla
məşğul olub özünüzü nəzərdən qaçırmayın. Toyda daha da mükəmməl görünmək
üçün gəlin namizədlərimizə bir neçə məsləhətimiz var.
9-12 ay qalmış:
Saçınız: Hazırlıqlara
başlamaq üçün çox erkən olduğunu düşünürsünüz? Elə deyil! Toyda
saçınızı topuz və şokolad rəngi olmasını istəyirsiniz. Bu zaman
hazırlıqlara erkən başlamaq lazımdır. İlk öncə toyda necə görünmək
istədiyinizə qərar verməlisiniz. Topuzmu olacaq, dalğalımı yoxsa düz?
Eyni şey saç rəngi üçün də keçərlidir. Saç rəngini müəyyən müddət
ərzində dəyişdirməkdə fayda var. Çünki son halda radilak saç rəngi
dəyişimi uğursuzluqla nəticələnə bilər. Mütamadi olaraq saç maskaları
edin, yayda dənizə getdiyiniz zaman saç spreylərindən istifadə edin.
Üz dəriniz: Problemli
dəriyə sahibsinizsə, dermatoloq yanına getməyiniz məsləhətdir.
Mütəxəssislə birgə üz dərinizdəki problemə çarə tapa bilərsiniz.
Bədəniniz: Bu zamandan etibarən lazer epilyasiyasına başlamalısınız. Toy zamanına qədər xoşagəlməz tüklərdən qurtula bilərsiniz.
6-9 ay qalmış
Saçınız: Saçınıza
uyğun qulluq etmək zamanı gəldi. Yağlı saç və ya quru saç, hər ikisi
eyni şəkildə xoşagəlməzdir. Saç ustanızdan sizə uyğun şampunu tövsiyyə
etməsini xahiş edin.
Üz dəriniz: Üzünüz
gün keçdikcə daha da gözəlləşməlidir. Toya qədər hələ vaxtınız olsa da
düzgün kremlərdən istifadəyə davam edin. Kremlə bərabər pilinq və
nəmləndirici maskadan istifadə edin. Yaydan və ya sivilcələrdən qalan
izləri müalicə etməyin zamanı gəldi.
Bədəniniz: Hamamdaykən
bədəninizi kisələyin. Bu zaman ölü dəri hüceyrələrindən azad
olacaqsınız, qan dövranı güclənəcək və dəriniz yumşalacaq. Kisədən sonra
mütləq nəmləndirici kremdən istifadə edin.
3-6 ay qalmış
Qaşlar: Qaşlarınızın
forması üz ifadəniz üçün çox önəmlidir. Qaşlarınıza özünüz forma
verməyin. Mütəxəssisdən kömək alın. Gözlərinizin ön plana çıxması üçün
qaşlarınızın qalınlığına fikir verin. Düzgün forma verilmiş qaşlar
həmçinin üz ifadənizini ön plana çıxardacaq.
Bədəniniz: Sellülitlərlə
mübarizəyə başlamaq zamanı gəldi. Paltarınız problemli hissələri örtsə
də, sellülitsiz bədənə sahib olmaq sizi psixoloji olaraq
sakitləşdiricək. İlk öncə gözəllik salonunda sellulit masajı etdirin.
Sonra hər gün mütamadi olaraq sellülit maskaları edin.
1-3 ay qalmış:
Dırnaqlar: Dırnaqlarınızda
ləkələr varsa və ya tez-tez qırılırsa krem istifadə etməyiniz şərtdir.
Vitaminli kremlərin təsirini görə biləcəksiniz. Əllərinizə mütamadi
olaraq nəmləndirici kremlər çəkin. Ayaqlarınıza mütamadi olaraq pilinq
edin.
Bədəniniz: Üzünüz
kimi bədəniniz də yenilənməlidir. Ölü hüceyrələrdən azad olmaq üçün
pilinq etdirməyiniz şərtdir. Ev şəraitində də pilinq edə bilərsiniz.
1 ay qalmış:
Saçınız: Ani
evlənmə qərarı vermisinizsə, saçınız qısadırsa suni saçdan istifadə edə
bilərsiniz. Saçınız uzun olacaq deyə bir qayda yoxdur. Ancaq toyunuzda
uzunsaçlı olmaq istəyirsinizsə, qaynaq istifadə edə bilərsiniz.
Üz dəriniz: Bu
zaman etməli olduğunuz ən önəmli şey nəmləndirici maska etməkdir.
Həmçinin qırışıqlar üçün kremdən də istifadə edə bilərsiniz. Yaxşı
görünmək üçün stressdən uzaq qalmağınız məsləhətdir. Unutmayın stress
üzünüzə təsir edir və sivilcələrin çıxmasına şərait yaradır.
Bədəniniz: Saunaya gedin. Başdan ayağa rahatlaşdırıcı masaj etdirin.
1 gün qalmış:
Saçınız: Səhər
salona getməli olduğunuz üçün saçınızı axşamdan yuyun. Saçınıza
aksesuar taxacaqsınızsa, onları da axşamdan hazırlayın. Səhər təlaşdan
unuda bilərsiniz.
Üz dəriniz: Göz altında qaralmalar var? Bundan azad olmaq üçün buzdan istifadə edə bilərsiniz. Mütləq nəmləndirici kremdən istifadə edin.
Dırnaqlarınız: Dırnaqlarınızı bir gün öncədən manikur etdirin. Açıq və ya pastel rənglərdən istifadə edə bilərsiniz.
Vücudunuz: Ətirli bədən lasyonundan istifadə edin.