Qoltuqaltı qaralmasına qarşı 5 TƏBİİ ÜSUL

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 937
Səs ver:
(səs: 1)
Yay gələndə qoltuqaltını göstərən nazik paltarlar geyinmək bəzi xanımlar üçün problem olur. Çünki qoltuqaltı qaralmalar onları narahat edir, özgüvənlərini sarsıdır.

Qadınlar.biz xanımlara evdə hazırlayacaqları təbii üsullar təqdim edir. Onları tətbiq etməklə problemin öhdəsindən gələ bilərsiniz.

1. Sirkə
Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltına sürtün. Quruduqdan sonra durulayın. Bu qarışım yalnız dəri rəngini açmır, eyni zamanda qoxuya səbəb olan bakteriyaların ölməsini də təmin edir.

2. Portağal qabığı
Portağal qabıqlarını günəşdə qurutduqdan sonra rəndələyin və gül suyu əlavə edərək məcun əldə edin. Bu qarışımı qoltuqaltınıza tətbiq edin və quruduqdan sonra soyuq suyla durulayın. Ölü hüceyrələrin ölməsinə və dərinin rənginin açılmasına kömək olacaq.

3. Limon
Limon dəri qaralmalarında ağıla ilk gələn həll yollarından biridir. Dərinizi təmizləyər və işıqlandırar. Qalın bir dilim limonu qoltuqaltınıza sürtün, sonra durulayın. Limon dərini qurudacağından bu əməliyyatdan sonra mütləq nəmləndirici istifadə edin.

4. Sandal ağacı
Sandal ağacı tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltına sürtün. Sandal ağacı rəngin açılmasını təmin edir, gül suyu da sərinlik və yumşaqlıq hissi verir. 15 dəqiqə saxladıqdan sonra durulayın.

5. Karbonat
Mətbəxdəki istifadəsi ilə yanaşı, gözəllik reseptlərində də tez-tez rast gəlinən karbonat dəri rənginin açılmasına da kömək olur. Su ilə qarışdırıb əldə edilən bu məcunu nizamlı olaraq qoltuqaltına tətbiq edin və durulanın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri