Bir-birindən faydalı gözəllik sirləri

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 639
Səs ver:
(səs: 3)
Göz qələminizi dondurun
Göz qələminizin ucu tətbiq əsnasında dağılırsa, onu 15 dəqiqəliyinə buzluğa qoyun. Çıxardığınızda ucunun sərt olduğunu və dərinizdə rahatca hərəkət etdiyini hiss edəcəksiniz.

Bədən kreminizi fərdiləşdirin
Ətirli bədən məhsullarına tonlar tərəfindən pul ödəmək yerinə öz kreminizi özünüz edə bilərsiniz. Qoxusuz bir kremə damladacağınız bir neçə damla ətir ilə saatlarla istədiyiniz kimi iy vermənin kefinə varın.

Saçlarınızı təbii qurudun
Yaş saçlarınızın, fen istifadə etmədən təbii yollarla qurumasını gözləyin. Beləliklə, saçlarınız daha da təbii dayanacaq.

Kirpik qıvırıcınızı istilədin
Kirpikləriniz dümdüzsə, metal kirpik qıvırıcınızı bir neçə dəqiqəliyinə fenlə istilədin. Beləliklə kirpikləriniz daha asan forma alacaq. Ayrıca suya dayanıqlı bir tuş tətbiq edin. Digər tuşlardan daha sürətli quruduğu üçün kirpiklərin qıvrımını daha təsirli bir şəkildə müəyyən edəcək.

Kirpiklərinizi yumşaldın
Gözlərinə makiyaj etmədən diqqəti cəlb etmək üçün, kirpiklərinizin ucuna bir neçə damla vazelin tətbiq edib darayın. Beləcə seksual və parlaq baxışlara sahib olacaqsınız.

Bədəninizi avokado ilə yumşaldın
Təzə bir avokado alın. Tumunu çıxardıb qabıqlarını soyun və meyvəni bütün bədəninizdə gəzdirin. Bu əməliyyata 20 dəqiqə boyunca davam etdikdən sonra duşa girin. Avokado meyvəsi təbii bir nəmləndirici olduğu üçün dərinizin nə qədər yumşaldığına inana bilməyəcəksiniz.

Ləkələrin üzərinə çay torbası
Əgər dəriniz bir səbəbdən yana şişmişsə, dəmli amma soyuq bir paket yaşıl çayı dərinizin üzərinə yerləşdirin. İki üç dəqiqə qədər tutun. Yaşıl çayın tərkbindəki antioksidanlar qızarıqlığı dindirəcək.

Yumurta ağından maska tətbiq edin
Yorğun düşmüş dərinizi, dəri baxımına getmək yerinə evdə tətbiq olunan metodlarla da canlandırmanız mümkündür. Qırdığınız bir yumurtanın sarısı ilə ağını ayırın. Ayırdığınız ağı dərinizə maska şəklində tətbiq edin. Yumurtadakı zülallar dərinizin nəmini geri qazanmasını təmin edərək onu yaxşılaşdıracaq. Beş dəqiqə sonra üzünüzü yuya bilərsiniz.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri