Gözəlliyin sirri: Yatmadan əvvəl bunları etsəniz...

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 4 791
Səs ver:
(səs: 0)
Gün boyu gözəl və cəzbedici görünməyi hər kəs istəyər. Ancaq gözəlliklə bağlı çox şey tövsiyə edildiyindən "nəyi edək?" deyə qərarsız qalırıq. Bəs nə etməli? Yatmadan əvvəl bunları etsəniz, gözəlliyinizi qoruyub saxlayarsınız.

Makiyajsız yatmaq önəmlidir
Makiyajlı yatmaq həqiqətən ciddi bir problemdir. Çox yorğun ola bilərsiniz, amma makiyajı təmizləməyi heç vaxt unutmayın. İnsanlar yatarkən dəri özünü bərpa etməyə başlayar. Əgər makiyajı təmizləmədən yatsanız, dərinizdə sızanaq və ləkələr yaranar.

Mütləq əl kremi istifadə edilməlidir
Gözəl əllər cazibədarlığı artıran ünsürdür. Gecələr yatağa girmədən əvvəl əllərinizi sabun və ilıq su ilə yaxşıca yuyub yumşaq bir dəsmalla qurulayın və krem çəkin. Əl kremi əllərdəki sərtliyi və quruluğu aradan qaldırır.

Tonik istifadəsi önəmlidir
Tonik istifadəsi dərinin PH balansını qorumaq üçün olduqca vacibdir. Bu baxımdan dəri mikroorqanizmlər və bakteriyalara qarşı daha mühafizəkar olur. İstifadə edəcəyiniz toniki kiçik bir pambıqla yatmadan öncə boynunuza və üzünüzə sürtün.

Göz kremi istifadə edin
Göz kremi istifadə etmək mütləqdir. Makiyajınızı sildikdən sonra göz kremi sürtməyi unutmayın. Bu, göz ətrafındakı incə xətləri və qırışları ortadan qaldırır.

Yatarkən saçları yığmağı unutmayın
Saçları yığaraq yatmaq hər xanım üçün yaxşıdır. Saçları topuz yığıb yatmaq səhər oyandığınızda saçların dağınıq olmasına imkan verməyəcək. Həm də saçlardakı yağ üzə toxunmayacağından sızanaq problemi də yaşanmaz.

İpək yastıq üzləri seçin
Yastıq üzləri belə, xanımın gözəlliyinə təsir edir. İpək yastıq üzləri üzdə iz buraxmaz. İpəkdə dəri üçün faydalı olan 18 ədəd təbii protein və amin qrupu turşular var.

Yatmadan əvvəl ayaqlara vazelin sürtün
Yatmadan əvvəl ayaqları yuyub yumşaq dəsmalla qurulayın və vazelin sürtün. Vazelin insan dərisini qurumaqdan xilas edir.


Dişləri hər gecə fırçalamalısınız

Əgər nəfəsinizdən pis qoxu gələrsə, gözəlliyiniz hədər olar. Axşam yeməyindən 30 dəqiqə sonra dişləri fırçalayın. Daha sonra ilıq su ilə durulayın. Dişləri fırçalamadan əvvəl diş ipi də istifadə edə bilərsiniz.

Yetərincə yatmağa çalışın
Yetərincə yatmasanız, səhər oyandığınızda gözaltı torbalar və qara halqalar sizi çirkin göstərər. Bunlar hır bir qadının gözəlliyinə təsir edən amillərdəndir. 7-8 saat yatmağa çalışın.

sağlamolun
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri