Gözəl kiprikləri necə əldə edək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 13 011
Səs ver:
(səs: 3)
Gözəl gözlər qadınları daha mənalı və gözəl göstərir. Gözəl gözlərin olması üçün isə uzun və baxımlı kipriklər əsas şərtdir. Elə bunu nəzərə alaraq xanımlara kiprik və gözlər üçün maskalar təqdim edirik. Bir neçə aydan bir kipriklər az da olsa kəsilməlidir. Köhnəlmiş saç ucları kimi onların da təzələnməyə ehtiyacı var. Kəsilən kipriklərə hər gecə gənəgərçək, yaxud badam yağı çəkmək və ya masaj etmək yaxşı təsir gostərir. Bu, onların yaxşı uzanmasına,sıx və daha tünd olmasına kömək edir. Yorğunluqdan şişmiş və qızarmış gözləri çobanyastığı və çay dəmi ilə kompres etmək lazımdır. Kompresləri ayrı-ayrılıqda, yaxud da növbə ilə etmək olar. Bunun üçün gözünüzün ölçüsünə uyğun içərisinə çobanyastığı və çay qoyulmuş yastıqcalar tikmək olar. Yastıqcaları ilıq suda isladıb gözünüzə qoyun və beş dəqiqədən sonra dəyişin. Prosesi bir neçə dəfə təkrar etmək olar. Gözünüzün altı şiş olarkən soyuq çay kompresi məqsədə uyğundur. Bundan başqa, gözünüzün altında kölgə varsa, oraya sərin kartofdan kəsilmiş nazik dilim qoymaq olar. Əgər tənbəllik etmirsinizsə, kartofu sürtgəcdən də keçirə bilərsiniz. Südü donduraraq əldə edəcəyiniz buz göz kölgələrini aradan qaldıracaq əvəz olunmaz vasitədir.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 13 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri