Ləkəsiz təmiz cildə sahib olmanın sadə üsulları...

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 8 803
Səs ver:
(səs: 1)
Təmiz, bəyaz bir dəri bəzi qadınlar üçün bir ehtirasdır. Tətbiq edə biləcəyiniz maskalardan əlavə dümağ və ləkəsiz bir dərinin sadə sirləri haqqında məlumat sahibi olmalısınız. Bu maddələrə diqqət yetirərək hər vaxt farfor kimi bir dəriyə sahib olacaqsınız.
Dərinizin ışıl ışıl və ləkəsiz olmasını istəyirsinizsə gündəlik və həftəlik olan nizamlı baxımlarınızı axsatmadan tətbiq etməlisiniz. Dərinizin hər vaxt ağ qalması üçün isə gündəlik həyatda diqqət yetirməniz lazım olan qaydalar bunlardır.

-İlk olaraq istehlak etdiyiniz qidalara diqqət yetirməlisiniz. Dərini təmizləmə xüsusiyyətinə sahib olan pomidor, limon, çiyələk və qatığı süfrənizdə baş tacı edə bilərsiniz.

-Gün içərisində ən az 2 lt su istehlak edin. Dərini təmizləmənin və yeniləmənin ən asan yolu su içməkdir.

-Yaz və qış fərqinə varmadan ləkə əleyhinə olan keyfiyyətli bir günəş kremi istifadə edin.

-Həftəlik peeling tətbiq edərək də ləkə ilə mübarizə apara bilərsiniz. Ölü dərini uzaqlaşdıraraq dərinizin daha ağ görünməsinə köməkçi olar.

-Dərinizi təbii yollar ilə ağardacaq maskalardan istifadə edin.

-Nəmləndirici istifadə etmək dərinin işıltılı bir görünüşə qovuşmasına köməkçi olacaq. Səhər və axşam nəmləndirici çəkin.

-Doğru makiyaj məhsulları istifadə edərək dəridə çirk və yağ yığılmasının qarşısını alın. Dərinizin hava almasına maneə törədəcək ağır tərkibli məhsulları seçməyin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 8 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri